Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |     13:09 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib - Foto  |     13:07 Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur  |     12:57 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi - Video  |     12:56 Tanınmış xanım professor vəfat etdi  |     12:56 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?  |     12:41 Terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu - Video  |     12:40 Azərbaycan neftinin qiyməti 125 dolları keçdi  |     12:32 Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı  |     12:32 Ararat Mirzoyan Bakıda həbsdə olan ermənilər barədə: "Müraciətlər olunub, lakin nəticə yoxdur"  |     12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ev almaq istəyənlərə pis xəbər...

19.05.2026 19:59 453
Ev almaq istəyənlərə pis xəbər...
Tikinti materiallarının qiymətində dəyişikliklərin daşınmaz əmlak bazarına təsiri tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu sahədə mümkün ucuzlaşmalarla bağlı suallar daha da aktuallaşıb. Amma ev qiymətlərinin formalaşması yalnız tikinti materiallarından asılı deyil, daha geniş iqtisadi amillərin təsiri altında müəyyən olunur. Bu baxımdan, Bakıda yaxın müddətdə mənzil qiymətlərində ucuzlaşma ehtimalı və ümumi bazar tendensiyası xüsusi maraq doğurur.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tikinti materialları ucuzlaşsa belə, evlərin qiymətinə təsir etmir:

"Tikinti materiallarının qiyməti evlərin maya dəyərinin formalaşmasında rol oynayan amillərdən biridir və onun qiymətinə təsir edən bir neçə faktorun içində yer alır. Əsas məsələ investisiya cəlbediciliyidir, işçi qüvvəsinin əməkhaqqısı, kredit faizləri, makroiqtisadi göstəricilərdir. Bundan əlavə, Azərbaycanda, xüsusilə Bakı şəhərində davam edən urbanizasiya da mühüm amildir. Daxili miqrasiya və urbanizasiya nəticəsində əhali axını güclüdür. Bu da mənzil bazarına tələbi artırır. Marqarita pizza

Ev tikmək və satmaq hazırda biznesin bir sahəsidir və bütün bu amillər maya dəyərinin azalmasına imkan vermir. Eyni zamanda, investisiya cəlbediciliyinin yüksək olması da bazarda qiymətlərin ucuzlaşmasının qarşısını alır. Nəticədə bazara çıxarılan evlərin qiymətində ciddi ucuzlaşma müşahidə olunmur".

Ekspert deyib ki, bu tendensiyanın uzun müddət davam edəcəyi ehtimal olunur:

"Sadəcə olaraq, qiymət artımının tempi yavaşlaya bilər və ya müəyyən dövrlərdə sabitlik yarana bilər. Amma ümumi mənzərə baxımından kəskin ucuzlaşma gözlənilmir. Fərdi yaşayış evlərində isə yalnız lokal amillər, məsələn, torpaq sürüşməsi, subasma və digər risklər olduqda müəyyən ucuzlaşma baş verə bilər. Amma ümumi bazar üzrə evlərin qiymətinin düşməsi real görünmür. Tələbat yüksəkdir, hər il tikilən evlərin sayı isə tələb olunan səviyyədən aşağı qalır. İnflyasiya da maya dəyərinə birbaşa təsir edir. Məsələn, əvvəllər bir işi 4 manata görən fəhlə indi 10 manata görür. Eyni zamanda tikinti şirkətləri də inflyasiya və pulun alıcılıq qabiliyyətinə uyğun olaraq daha yüksək gəlir gözləntisində olurlar.

Bu baxımdan, ev qiymətlərində ucuzlaşma ehtimalı demək olar ki, yoxdur. Daha çox artım tempinin zəifləməsi və ya qiymətlərin müəyyən dövrlərdə sabit qalması mümkündür. Yalnız ciddi və gözlənilməz iqtisadi və ya təbii kataklizmlər baş verərsə, bu dinamika dəyişə bilər.

Hazırkı stabil makroiqtisadi şərait davam edərsə, mənzillərin qiymətində uzunmüddətli artım tendensiyası qalacaq. Xüsusilə də mənzillərə tələbatın daha yüksək olması bu prosesi gücləndirir", - deyə o qeyd edib.

Yəni, ölkədə tikinti materiallarının qiyməti aşağı düşsə belə, fəhlə pulu, yüksək tələbat, Bakıya axın və inflyasiya kimi səbəblərdən evlərin ucuzlaşması gözlənilmir, əksinə qiymətlər artmağa davam edəcək.

Son xəbərlər