Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub  |     17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı

27.10.2026 16:22 363
NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı
NVIDIA şirkəti Qazaxıstanda süni intellekt layihələrinə 10 milyard dollarlıq investisiya qoyacaq. Bu şirkətin Ermənistana da süni intellekt sahəsində ciddi yatırım edəcəyi gözlənilir.

Bəs, yatırımlar sözügedən ölkələrə necə təsir göstərəcək? NVIDIA-nın Azərbaycana da investisiya yatırmasını təmin etmək mümkündürmü?
Eldəniz ƏmirovMövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib:
“Qazaxıstanla bağlı nəzərdə tutulan 10 milyard dollarlıq investisiya birbaşa NVIDIA-nın investisiyası deyil. Burada müxtəlif şirkətlərin, xüsusilə də ABŞ-ın Firebird şirkətinin həyata keçirəcəyi iri investisiya layihələrindən söhbət gedir. Layihə çərçivəsində yüz minə qədər yüksək məhsuldarlığa malik qrafik prosessorun yerləşdirilməsi nəzərdə tutulur”.
Eldəniz Əmirovun sözlərinə görə, Ermənistanda artıq 5 milyon dollara yaxın ilkin investisiya ilə süni intellekt üzrə hesablama mərkəzi yaradılıb. Bu mərkəzdə müxtəlif sürət və təyinatlara malik, müxtəlif məqsədlər üçün istifadə edilə bilən sistemlər fəaliyyət göstərir.
Mütəxəssis əlavə edib ki, istər Ermənistanda, istərsə də Qazaxıstanda iqtisadi dəyər dedikdə, təkcə yeni iş yerlərinin yaradılması və əldə olunan gəlirlər nəzərdə tutulmur. Bu cür layihələr, eyni zamanda, yerləşdikləri ölkələrə qlobal rəqəmsal bazara daxil olmaq imkanı yaradır. Həmin ölkələr gələcəkdə neft-qaz və digər ənənəvi məhsullarla yanaşı, hesablama gücü də ixrac edə biləcəklər.

İqtisadçı qeyd edib ki, Azərbaycan üçün də müvafiq zəmin mövcuddur. Belə ki, 2025–2028-ci illər üçün süni intellekt strategiyası hazırlanıb. Eyni zamanda, NVIDIA ilə əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin ABŞ ilə strateji tərəfdaşlıq sənədində də məhz bu istiqamətlər əksini tapıb. İnvestorları cəlb etmək üçün rəqabətli elektron sistemlər və müxtəlif istiqamətlər üzrə yeniliklər də həyata keçirilir.

Eldəniz Əmirov vurğulayıb ki, burada əsas iqtisadi hədəfimiz təkcə investisiya cəlb etmək deyil, həm də texnologiyaların ölkəmizə transferini təmin etməkdir. Bununla yanaşı, əlavə yüksək dəyərli xidmətlərin dünyaya ixrac edilməsi də mühüm məqsədlərdəndir.

Eldəniz Əmirovun fikrincə, qarşıdakı dövrdə Azərbaycanda da bu qəbildən olan irimiqyaslı investisiya layihələrinin şahidi ola biləcəyik.
NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdıMövzu ilə bağlı Median.Az-a açıqlama verən iqtisadçı Xalid Kərimli isə deyib:
"Bəli, mümkündür. Bunun üçün NVIDIA-nı maraqlandıran layihə olmalıdır. Yəqin ki, investorlar bu texnologiyalardan istifadə edəcəklər. Yəni, orada partnyorlar olur. Şirkət özü sırf öz cibindən investisiya qoymur. NVIDIA-nın texnologiyası ilə videokartların istehsalına X investor pul qoyur və şirkət də bu prosesdə iştirak edir. Bunun üçün müqaviləyə baxmaq lazımdır. Həmçinin NVIDIA-da prosesin əsas iştirakçılıarındandır. Təbii ki, maraqlı layihələr olsa, Azərbaycan da iştirak edər. Necə ki, Bakıdakı Mc Donald's-ları azərbaycanlılar açır, pulu qoyur bu da eyni məsələdir. Onlar özləri gəlib burda nəsə tikmirlər. İnvestorlar bu prosesdə iştirak edirlər".

Son xəbərlər