Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir |
Mojo.az Avto
Mojo.az Avto

AK süni intellektə 200 milyard avro investisiya səfərbər etmək üçün təşəbbüs başladır

11.02.2025 19:44 1 665
AK süni intellektə 200 milyard avro investisiya səfərbər etmək üçün təşəbbüs başladır
Avropa Komissiyası (AK) Avropa İttifaqında süni intellektə (AI) 200 milyard avro investisiya səfərbər etmək üçün təşəbbüs başladır.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Parisdə süni intellekt sammitində çıxışı zamanı bildirib.

"Mən burada "Süni İntellektə İnvestisiya" (InvestAI) təşəbbüsünü elan etməkdən məmnunam. Biz Avropada süni intellektə 200 milyard avro investisiya səfərbər etməyə çalışırıq. Biz sənaye və kritik əhəmiyyətli tətbiqlərə diqqət yetirəcəyik. Bu, etibarlı AI inkişafı üçün dünyanın ən böyük dövlət-özəl tərəfdaşlığı olacaq", - o bildirib.

Onun sözlərinə görə, bu vəsait Aİ-də süni intellekt üzrə gigafabriklərin yaradılmasına yönəldiləcək.

"Bu böyük süni intellekt infrastrukturu ən mürəkkəb AI modellərinin açıq birgə inkişafını təmin etmək və Avropanı AI qitəsinə çevirmək üçün lazımdır. Tədqiqatçılar, sahibkarlar və investorlar güclərini birləşdirə biləcəklər. Sənaye sahələri əməkdaşlıq edə və məlumatlarını birləşdirə biləcəklər. Biz onlar üçün təhlükəsiz məkan yaradırıq", - o əlavə edib.

AK-nın bəyanatında qeyd olunur ki, InvestAI Aİ-nin hər yerində dörd gələcək süni intellekt gigafabrikini maliyyələşdirəcək. "Yeni süni intellekt gigafabrikləri ən mürəkkəb, çox böyük AI modellərinin təlimi üzrə ixtisaslaşacaq. Bu cür növbəti nəsil modellər tibb və ya elm kimi müəyyən sahələrdə irəliləyişlər üçün geniş hesablama infrastrukturu tələb edir. Gigafabriklər təxminən 100 min ən son nəsil süni intellekt çipinə malik olacaq ki, bu da hazırda yaradılan süni intellekt fabriklərindən təxminən dörd dəfə çoxdur", - sənəddə qeyd olunub.

Son xəbərlər