Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək

29.10.2026 16:19 192
İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək
Prezident İlham Əliyev Bakıda keçirilən FIFA U-15 yarışının finalçılarını mükafatlandıracaq. Xarici işlər naziri Ceyhun Bayramov isə Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək.

Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq.

Qeyd edək ki, oktyabrın 30-da Bakıda tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının final oyunu və rəsmi bağlanış mərasimi keçiriləcək. Dövlət başçısının mükafatlandırma mərasimində iştirakı əvvəlcədən planlaşdırılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, Zirvə görüşü çərçivəsində keçiriləcək digər müvafiq tədbirlərdə də Azərbaycan nümayəndələri fəal iştirak edəcəklər.

Son xəbərlər