Məclis.info saytının rəhbərinə ağır cəza verildi
Məclis.info saytının rəhbəri İmran Əliyev, Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub.
Hökmə əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman 9 il, Tamella Musayeva isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Tamella Musayevaya təyin olunan cəza 4 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.
Elgiz Qəhrəman barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, əvvəlki iclasda dövlət ittihamçısı İmran Əliyevin 12 il müddətinə azadlıqdan və 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib. Prokuror Elgiz Qəhrəmana 11 il, Tamella Musayevaya isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 192.2.2 və 192.2.3-cü (külli miqdarda gəlir əldə etməklə və mütəşəkkil dəstə tərəfindən törədilən qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 206.4-cü (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 213.2.1-ci (mütəşəkkil dəstə tərəfindən vergiləri ödəməkdən yayınma), 320.1-ci (sənəd saxtalaşdırma) və 320.2-ci (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.