Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Brilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib

06.10.2021 18:43 1 269
Brilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az "Report"a istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zaur Mahmudov Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. L.Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib.

Son xəbərlər