Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda polisin üstünə “Prius” sürən şəxsə hökm oxunub

25.10.2023 16:16 786
Bakıda polisin üstünə “Prius” sürən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda “Prius”u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Report”un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Rauf Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışı zamanı R.Qurbanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi “Toyota Prius” markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin üç xidməti polis avtomobili və iki vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner