Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı

12.11.2026 20:15 0
Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xəzinədarlıq orqanları ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 % az - 1 milyon 110 mindən çox ödəniş tapşırığı icra edib.

Median.Az
Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 10 ayda icmal büdcənin gəlirləri 41 milyard 952 milyon manat, xərcləri 34 milyard 82,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat (1 il əvvələ nisbətən 2,1 % çox), xərcləri 28 milyard 761,4 milyon manat (3,8 % çox) təşkil edib.

Son nəticədə icmal büdcədə 7 milyard 869,6 milyon manat, dövlət büdcəsində isə 4 milyard 808,2 milyon manat (21,3 % çox) profisit olub.

Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 16 milyard 65,2 milyon manat (11,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 613,5 milyon manat (6,8 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 47,7 milyon manat (23,6 % çox), sair daxilolmalar 540 milyon manat (12,2 % az), Dövlət Neft Fondundan transfert 10 milyard 697 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 11,3 % az), büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 606,1 milyon manat (13 % çox) təşkil edib.

Son xəbərlər