Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü |
Mojo.az Avto
Mojo.az Avto

8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?

08.09.2026 22:02 510
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat təşkil edib.

Median.Az 
Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozdan 780,2 milyon manat və ya 3.0 faiz çoxdur.

Hesabat dövründə dövlət büdcəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 12 milyard 619,1 milyon manat daxil olub ki, bu da proqnozdan 900,1 milyon manat və ya 7.7 faiz çoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə proqnozdan 7,3 milyon manat, yaxud 28,3 faiz çox - 37,7 milyon manat təmin edib. Bundan əlavə, sair daxilolmalar 462,5 milyon manat təşkil edərək proqnozdan 77,1 milyon manat və ya 20.0 faiz çox, Dövlət Neft Fondundan transfert isə 8 milyard 559,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Dövlət Gömrük Komitəsi büdcəyə 4 milyard 326,9 milyon manat təmin edib, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat icra olunub.

Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2.1 faiz çoxdur.

Bu dövrdə icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri isə 26 967,5 milyon manat məbləğində icra edilib.

Son xəbərlər