Mojo.az Banner
13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |    
Mojo.az Avto
Mojo.az Avto

Maşın yuyulması üstündə gözətçini öldürən şəxs 18 il cəza alıb

20.12.2018 18:33 4 389
Maşın yuyulması üstündə gözətçini öldürən şəxs 18 il cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Amin Kazımovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), paytaxt sakinləriOzal Həsənov və İnsan Həsənovun CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, bu il martın 4-də Nizami rayonun Qara Qarayev prospektində, kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə Amin Kazımov 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib və sonra anadan olduğu Ağcəbədi rayonuna qaçıb. 2 gündən sonra Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları onu həmin rayonda tutublar. Fakta görə Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Amin Kazımov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov, Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Buna görə tərəflər arasında mübahisə düşüb. Kazımov Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda kəskin qan itirmədən keçinib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

Məhkəmənin hökmü ilə A.Kazımov 18 il, O.Həsənov və İ.Həsənov 1 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.скачать dle 11.3
Mojo.az Banner