Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ayrılmaq istəyən sevgilisini maşında döyən gənc oğlan cəzasız qaldı

08.08.2025 11:12 486
Ayrılmaq istəyən sevgilisini maşında döyən gənc oğlan cəzasız qaldı
Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ziyad Babayevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ziyad Babayev cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

İttihama görə, hadisə bu il iyulun 15-də, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Ziyad Babayev avtomobilin içərisində sevgilisi, zərərçəkmiş Zəminə Əlizadə (adı və soyadı şərtidir) ilə qadının ondan ayrılmaq istəməsi səbəbindən mübahisə edib. Bu zaman o, qəsdən əli ilə zərərçəkmiş şəxsin qol və kürək nahiyələrindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.

Hadisədən sonra Ziyad Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirib.скачать dle 11.3
Mojo.az Banner