Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |     18:28 "Toyota" 200 mindən çox avtomobilini geri çağırır - Səbəb  |     18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |    
Mojo.az Avto
Mojo.az Avto

"Belə maşın idarə edərlər?" ifadəsinə görə tanımadığı şəxsi küçədə döydü

04.08.2025 12:21 1 026
Sabunçu Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İbrahim Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə qazancının 15 faizi dövlət nəfinə tutulmaqla ona 6 ay müddətinə islah işləri cəzası təyin edilib.

İttihama görə, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, İbrahim Bədəlov küçədə zərərçəkmiş Ziyad Ədalətovla (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, əli ilə qəsdən onun üz nahiyəsindən bir neçə dəfə zərbə vurub.

Hadisədən sonra İbrahim Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

O, məhkəmə ifadəsində bildirib ki, hadisədən əvvəl idarə etdiyi VAZ-2106 markalı avtomobili mağazanın qarşısında saxlayarkən zərərçəkmiş "belə maşın idarə edərlər?" - ifadəsini işlədib. Dava da elə bu sözdən sonra başlayıb.

Son xəbərlər