Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı |
Mojo.az Avto
Mojo.az Avto

Həmkəndlisini bıçaqlayan, dayısının evini yandıran şəxsə AĞIR CƏZA

29.04.2025 12:49 765
Həmkəndlisini bıçaqlayan, dayısının evini yandıran şəxsə AĞIR CƏZA
Lənkəran Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərərvurma və əmlakı qəsdən məhvetmə və ya zədələmədə təqsirləndirilən Hicran Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Hicran Cavadov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü il dekabrın 14-də, saat 19 radələrində Masallı rayonunun Qızılağac kəndində bazar adlanan ərazidə yerləşən köhnə hamamın yanında qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Hicran Cavadov mübahisə zamanı həmkəndlisi, zərərçəkmiş Fuad İbrahimovu sinəsindən bıçaqlayıb. Olaya səbəb isə sərxoş vəziyyətində olan zərərçəkmişin ondan mobil telefonunu satıb-satmamasını soruşması olub.

Bundan başqa, Hicran Cavadov həmin gün saat 20 radələrində dayısı, zərərçəkmiş Mahir Bədirovun (adı və soyadı şərtidir) yaşadığı kənddə yerləşən ona məxsus torpaq sahəsini əvvəllər satmasını əsas gətirib. Sonra Hicran dayısına məxsus 48 000 manat dəyərində fərdi yaşayış evini yandırıb. Beləliklə o, dayısına ümumilikdə 30 000 manat dəyərində maddi ziyan vurub.

Hadisədən sonra Hicran Cavadov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər