Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda fəhlələr arasında dava: Siqaretə görə iş yoldaşını bıçaqladı

26.10.2023 13:58 1 692
Bakıda fəhlələr arasında dava: Siqaretə görə iş yoldaşını bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəhman Salahovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 14 noyabr 2022-ci il tarixdə, saat 16 radələrində paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Bakı Yaşayış Kompleksi”nin həyətində qeydə alınıb.

Belə ki, Rəhman Salahov işlədiyi həmin ərazidə iş yoldaşı, zərərçəkmiş Mirəli Qafarzadə (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin ondan siqaret istəməsi olub. O, Mirəliyə siqaretinin olmadığını deyib. Bu zaman zərərçəkmiş şəxs onu söyüb. Nəticədə Rəhman naməlum deşici-kəsici alətlə Mirəli Qafarzadənin döş qəfəsindən bir dəfə zərbə endirərək ona xəsarət yetirib.

Daha sonra Rəhman Salahov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner