Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

İstirahət mərkəzində iş yoldaşının dostunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

06.03.2024 12:35 1 314
İstirahət mərkəzində iş yoldaşının dostunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Emin Dadaşovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Emin Dadaşov 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və Emin Dadaşov dərhal məhkəmə iclas zalında həbs edilib, Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

İttihama görə, hadisə 20 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən istirahət mərkəzlərindən birinin ərazisində giriş qapısında yerləşən postun yanında qeydə alınıb.

Belə ki, Emin Dadaşov iş yoldaşı Samir və onun dostu, zərərçəkmiş Taryel Əsədovla (soyadı şərti) mübahisə edib. Bu zaman onlar bir-birilərinə zərbələr vurub dalaşarkən təqsirləndirilən şəxs özünü təhqir edilmiş hesab edib. Sonra o, üzərində olan kəsici-deşici əşya ilə Taryelin kürək nahiyəsinə bir dəfə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Emin Dadaşov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner