Mojo.az Banner
12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Çay evinin qarşısında siqaretə görə tanışını bıçaqladı - AĞIR CƏZA

16.01.2024 12:48 3 006
Çay evinin qarşısında siqaretə görə tanışını bıçaqladı - AĞIR CƏZA
Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəsib Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 18 iyun 2023-cü il tarixdə, saat bir radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Nəsib Səfərov tanışı, zərərçəkmiş Turab Güləliyevi (soyadı şərti) şəxsi münasibətlər zəminində bıçaqlayıb.

Məhkəmə iclasında Nəsib Səfərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, siqaret köşkündə işləyir:

“Hadisə günü Sabunçu rayonu ərazisində yerləşən çay evindən çıxıb qarşı tərəfində siqaret çəkməyə başladım. Bir neçə dəqiqə sonra sərxoş vəziyyətdə olan Turab da çay evindən çıxaraq mənə yaxınlaşıb siqaret istədi. Ona siqaretimin qurtardığını, axırıncı qalan bir ədədini çəkdiyimi dedim. Turab isə mənə nalayiq söyüş söyərək yalan danışdığımı bildirdi. Onu sakitləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Daha sonra Turab üstümə gələrək mənimlə dalaşmağa başladı və bu zaman onu yerə yıxdım. Turabı zərərsizləşdirmək üçün üzərimdə olan və iş yerində istifadə etdiyim bıçaqla ona doğru bir dəfə zərbə endirdim. Zərbə Turabın qarnının sağ tərəfindən dəydi. O, üstümə düşəndə əlimdəki bıçaq Turabın qarın hissəsinə yenidən dəydi. Lakin ikinci zərbənin Turaba dəydiyini bilmədim. Əməlimdən çox peşmanam”.

Nəsib Səfərovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner