Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir
Gəncədə 60 yaşlı qadın bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər ərazisində 1966-ci il təvəllüdlü Xoşqədəm Məmmədli mübahisə zəminində bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 1965-ci il təvəllüdlü Adil Məmmədovdur. O, hadisəni törətdikdən sonra ərazidən qaçıb.
Şübhəlinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.