Mojo.az Banner
20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |     19:50 Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub  |     19:43 Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq  |     19:37 Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur  |     19:30 Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi  |     19:25 Sabah Azərbaycanda intensiv yağış yağacaq  |     19:16 Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı  |     19:11 "Xəzər Lizinq" MMC-dən şikayət - VİDEO  |     19:04 Azərbaycanda pensiyalar belə artırılacaq - Yeni qayda  |     18:59 Qubada kişi hamamda qazdan boğulub öldü  |     18:53 Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi  |     18:45 Çindən maşın gətirməyin qaydası dəyişir  |    
Mojo.az Avto
Mojo.az Avto

"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"

27.06.2026 13:28 516
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov:

- Bu məsələni (Təhsil möhlətlərinin verilməsi) aydınlaşdırmaq üçün bir neçə məsələyə toxunacağam. Çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və onlara təhsil möhlətləri verilir. Amma bəzi hallarda nə baş verir? 3 ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunursa, 1 gün, 3 gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. 1 gündə, 3 gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı? Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alır? İnandırıram sizi biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar. Ona görə də bu gün biz qanunvericilik normalarını gözləyirik. Təhsil möhlətlərinin verilməsi ilə bağlı qərarları biz məhkəmə orqanlarında mübahisələndirməyə hazırıq.

Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi fəaliyyət göstərir, onların saytında Azərbaycanda tanınan təhsil ocaqlarının siyahısı dərc olunub. Vətəndaşları çağırıram ki, bu siyahıya mütləq qaydada diqqət yetirsinlər. Bəzən bizim vətəndaşlarımızı aldadırlar. Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq? Bu məsələ bizi çox narahat edir. Artıq Xidmət olaraq, bizim bununla bağlı bəzi təkliflərimiz hazırlanır.

Biz bu məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik. Bütün faktorlar və meyarlar ölçülməli və təhlil olunmalıdır ki, həqiqətən də oxuyan uşaqlar zərər görməsin. Burada yeni normalar yaradılmalıdır. Bu gün təhsil möhlətlərinin əsasında xidmətdən yayınma da korrupsiyaya şərait yaradır. Biz bu məsələlərə son qoymalıyıq. Oxuyanlara nə lazımdırsa, dəstək verək. Həqiqətən də, xaricdə magistraturada, doktoranturada oxuyan, əziyyət çəkən, imtahanlar verənlər var ki, təhsil möhləti alır. Digəri isə arayış əsasında sadəcə vaxt və vəsait itirir. Bu ədalətlidirmi?! Təbii ki, yox..

© Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimovun APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsindən
скачать dle 11.3
Mojo.az Banner