Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı

06.10.2026 19:55 294
50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı
Ümumdünya Xərçəng Araşdırmaları Fondunun (WCRF) analitikləri 2001-ci ildən etibarən İngiltərə, ABŞ və Niderlandda 50 yaşdan aşağı insanların xərçəngə tutulma hallarının kəskin artdığını müəyyənləşdiriblər. Mütəxəssislər bu narahatedici tendensiyanı qlobal piylənmə epidemiyası, düzgün olmayan qidalanma və gənclər arasında fiziki aktivliyin azlığı ilə əlaqələndirirlər.

İngiltərədə 20 il ərzində 50 yaşadək kişilər arasında prostat xərçənginə tutulma halları dörd dəfə artıb: hər 100 min nəfərə 1 haldan 3,6 hala yüksəlib. Erkən yaşda bağırsaq xərçəngi halları isə iki dəfədən çox artaraq 3,9-dan 8,4-ə çatıb. Böyrək və uşaqlıq yolu xərçəngi halları da iki dəfə artıb.

ABŞ-da 2000-ci ildən etibarən gənclər arasında böyrək xərçənginə tutulma halları da iki dəfədən çox artıb, bağırsaq və mədəaltı vəzi şişlərinin sayı isə 50 faizdən çox yüksəlib.

Alimlər qeyd edirlər ki, onkoloji xəstəliklərin təxminən 40 faizi dəyişdirilə bilən risk faktorları ilə əlaqəlidir. Bunlara artıq çəki, alkoqol istifadəsi, oturaq həyat tərzi və ətraf mühitin çirklənməsi daxildir.

Bununla yanaşı, hər üç ölkədə gənclər arasında ağciyər xərçənginə tutulma halları azalıb. Mütəxəssislər bunu siqaretlə mübarizənin uğurlu nəticəsi kimi qiymətləndirirlər.

“Bu, təcili şəkildə zərərsizləşdirilməli olan saatlı bombadır. Əks halda göstəricilər artmaqda davam edəcək. Həyat tərzi ilə bağlı amillər artıq minlərlə insanın ölümünə səbəb olur”, deyə Belfast Kral Universitetinin rəqəmsal səhiyyə professoru Mark Louler bildirib.

50 yaşadək insanlarda xərçəng xəstəliyi hələ də nisbətən nadir hal olaraq qalır. Diaqnoz qoyulmasının median yaşı 60-dan yuxarıdır.

Bu hadisənin əsl səbəblərini müəyyənləşdirmək üçün London Kral Kolleci 250 min insanın iştirak edəcəyi genişmiqyaslı tədqiqata başlayır.
//qaynar.az

Son xəbərlər