Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi

06.10.2026 19:30 135
Oğuzda uşaq üstündə bir-birini döyən ər-arvad cərimələndi
Oğuzda ər-arvad bir-birini döyüb.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, hadisə Qarabulaq kəndində qeydə alınıb.

33 yaşlı Faiq Yusifovla (şərti adla) uşağı götürmək üçün onlara gələn keçmiş arvadı Məlahət (şərti adla) arasında mübahisə yaranıb. Belə ki, rəsmi boşanmadan sonra cütlüyün övladı anasında qalıb. Hadisə olan gün uşaq atasının evində olduğu üçün Məlahət Faiqə zəng edərək uşağı yola çıxarmasını və gəlib götürəcəyini deyib. Lakin Faiq uşağın getmək istəmədiyini, buna görə də gəlməməsini bildirib. Lakin Məlahət Faiqin evinə gedib və tərəflər arasında münaqişə başlayıb. Faiqin sözlərinə görə, Məlahət onu bıçaqla və qab-qacağı sındırmaqla hədələyib. Bundan sonra keçmiş ər-arvad bir-birini vuraraq, yüngül xəsarət yetiriblər.

Məlahətin sözlərinə görə isə Faiqin evinə girən kimi keçmiş əri uşağın gözü önündə onun üzünə, qoluna və başına vuraraq xəsarətlər yetirib.

Hər ikisi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Nəticədə onların ikisi barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Məhkəmədə tərəflər bir-biri ilə barışmadıqlarını və şikayətçi olduqlarını bildiriblər.

Məhkəmənin qərarı ilə onların hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər.скачать dle 11.3
Mojo.az Banner