Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi

06.10.2026 18:53 144
Ayaqqabıya görə döyülən qadın ərini bağışladı, məhkəmə əfv etmədi
Goranboyda ər arvadını döyüb.

Hadisə Qızılhacılı kəndində qeydə alınıb.

44 yaşlı Təhməz Orucov (şərti adla) taxta parçası ilə arvadının qarın və kürək nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.

Zərərçəkənin şikayəti əsasında Təhməz polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2007-ci ildə evləniblər, nikahlarından 1 övladları var. Hadisə günü həyat yoldaşından Rusiyadan gələndə özü ilə gətirdiyi ayaqqabını ona verməsini istəyib. Lakin qadın verməyəcəyini dediyi üçün ər-arvad arasında mübahisə yaranıb.

Təhməzin sözlərinə görə, arvadı ilə barışıb və ona dəyən ziyanı ödəyib. Zərərçəkən qadın da ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib. Qadın bildirib ki, əri həmin ayaqqabını əyyaş dostuna verəcəkmiş.

Məhkəmənin qərarı ilə T. Orucov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner