Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib |
Mojo.az Avto
Mojo.az Avto

Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi

06.10.2026 20:27 327
Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi
Havanın kəskin istiləşməsi hamiləlik və doğuş zamanı müxtəlif fəsadların, eləcə də yeni doğulmuş körpələrdə sağlamlıq problemlərinin yaranması riskini artıra bilər.

Qaynarinfo xəbər verir ki, "Wellcome Trust"ın dəstəyi ilə hazırlanan yeni hesabatda yüksək temperaturun hamilə qadınlar və körpələr üçün yaratdığı təhlükələr araşdırılıb.

Araşdırma çərçivəsində Avstraliya, Braziliya, Böyük Britaniya, Hindistan və Zimbabvedə 1000 həkim və mama ilə sorğu keçirilib. Tibbi işçilərin ən azı 73 faizi son dövrlərdə istilərlə əlaqəli hamiləlik və doğuş fəsadlarının artdığını müşahidə etdiklərini bildirib.

Mütəxəssislərin məlumatına görə, yüksək temperatur səthi qan damarlarının genişlənməsinə səbəb ola bilər. Hamilə qadınlarda bu proses plasentaya gedən qan axınının azalmasına, nəticədə dölün daha az oksigen və qida maddəsi almasına gətirib çıxara bilər. Hesabatda bunun ölü doğuş, vaxtından əvvəl doğuş və aşağı çəkili körpə riskini artıra biləcəyi qeyd olunur.

Körpələr də risk altındadır

Güclü istilər yeni doğulmuş körpələrin bədən temperaturunu tənzimləməsini də çətinləşdirə bilər. Körpələrin orqanizmi yüksək temperatura daha həssas olduğundan, bu vəziyyət onların normal nəfəs almasına və ana südü ilə qidalanmasına təsir göstərə bilər.

Ekstremal istilər hamilə qadınların ürək-damar sisteminə də əlavə yük yaradır. Bundan başqa, yüksək temperaturun hamiləlik diabeti, arterial təzyiqin təhlükəli dərəcədə yüksəlməsi və preeklampsiya riskini artıra biləcəyi bildirilir.

Mütəxəssislər xüsusilə temperaturun sürətlə yüksəldiyi bölgələrdə yaşayan qadınların daha böyük risklə üzləşə biləcəyini vurğulayırlar. İsti iqlimə uzun müddət uyğunlaşmış əhali ilə müqayisədə temperaturun qəfil artması orqanizm üçün daha ciddi yük yarada bilər.

İstilik dalğaları bəzi bölgələrdə hamilə qadınların tibbi yardıma çıxışını da məhdudlaşdıra bilər. Wellcome tərəfindən sorğulanan tibb işçilərinin dörddə birindən çoxu istilik dalğaları zamanı xəstəxana və klinikalara müraciət edən qadınların sayının azaldığını müşahidə etdiyini bildirib.

Temperatur artdıqca risk də yüksəlir

Böyük Britaniyada aparılan MAGENTA layihəsinin ilkin nəticələri də yüksək temperaturla hamiləliyin mənfi nəticələri arasında əlaqə olduğunu göstərir. Alimlərin məlumatına görə, 25 dərəcədən yuxarı temperaturun uzun müddət davam etməsi vaxtından əvvəl doğuş və ölü doğuş hallarının artması ilə əlaqələndirilir.

Tədqiqatçılar temperaturun hər 1 dərəcə yüksəlməsinin vaxtından əvvəl doğuş ehtimalını təxminən 5 faiz artıra biləcəyini bildirirlər.

Məlumata görə, 2026-cı ilin avqustunda qlobal orta yerüstü hava temperaturu 16,96 dərəcə Selsiyə çataraq müşahidələr tarixinin ən isti avqust ayı olub. Bu göstərici sənayeöncəsi dövrlə müqayisədə təxminən 1,65 dərəcə yüksəkdir.

Ümumdünya Səhiyyə Təşkilatı iqlim dəyişikliyini qlobal ictimai sağlamlıq üçün ən böyük təhlükələrdən biri hesab edir. Təşkilatın proqnozlarına əsasən, 2030–2050-ci illər arasında iqlim dəyişikliyi hər il əlavə olaraq təxminən 250 min insanın ölümünə səbəb ola bilər.

Wellcome-ın iqlim təsirləri və uyğunlaşma istiqamətinin rəhbəri Madlen Tomson bildirib ki, ekstremal istilər artıq insanların həyatına və sağlamlığına təsir edir. Onun sözlərinə görə, erkən xəbərdarlıq sistemləri və binaların soyudulması kimi üsullar mövcud olsa da, əsas problem bu imkanların ən çox ehtiyacı olan insanlara çatdırılmasıdır.

Tomson xüsusilə hamilə qadınların və yeni doğulmuş körpələrin istilik dalğaları zamanı ciddi risklərlə üzləşdiyini və onların kifayət qədər məlumat və dəstək almasının vacib olduğunu vurğulayıb.

Son xəbərlər