Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq - FOTO

08.01.2024 12:08 2 454
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq - FOTO
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir.

Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.

İctimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılması yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola bilər.

Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillər nəqliyyat sistemində mühüm paya sahib olmağa davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edəcək. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq.

Ümumi nəqliyyat sisteminin əsas elementlərindən biri nəqliyyat mübadilə mərkəzləri və ya ictimai nəqliyyat qovşaqları adlanan alt sistemlər arasındakı qarşılıqlı əlaqənin qurulmasıdır. İctimai nəqliyyat qovşaqları/nəqliyyat mübadilə mərkəzləri ictimai nəqliyyat imkanlarını (avtobuslar), yüksək sərnişindaşıma qabiliyyətinə malik sürətli ictimai nəqliyyat sistemlərini (metro, dəmir yolu, mertobus, tramvay sistemi, tramvay-elektrik qatarı sistemi) və/və ya fərdi avtomobil nəqliyyatından “yaşıl” nəqliyyata keçid imkanlarını bir mərkəzdə birləşdirməyə imkan verən ünsürlərdir. Bundan əlavə, əsas ictimai nəqliyyat qovşaqları müxtəlif nəqliyyat vasitələrindən istifadəni təklif etməklə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma (İNYŞ) inkişafı üçün şərait yaradacaq.


Son xəbərlər