Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq?

02.11.2018 17:51 11 052
Dizellə işləyən avtomobillərə qadağa: Maşınlar ucuzlaşacaq?
Almaniya Ali Məhkəməsi dizel avtomobillərinin qadağan edilməsinə icazə verib. Artıq ölkənin bir neçə böyük şəhərlərində qadağa tətbiq olunub. Bu qərar Avropanın ən böyük avtomobil bazarı sayılan Almaniyada dizel avtomobillərinin qiymətinin enməsinə və avtomobillərə tələbatın dəyişməsinə ciddi təsir edəcək.

Maraqlıdır, Almaniya maşınlarının daimi müştəriləri olan azərbaycanlı avtomobil həvəskarları bu qərardan bəhrələnə biləcəklərmi? Ucuzlaşma ölkəmizin maşın bazarına necə təsir edəcək?

Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bu haqda sualları cavablandırıb:

"Qərarın Azərbaycana cüzi təsiri ola bilər. Almaniyada dizellə çalışan maşınların istifadəsinə qadağa tədricən həyata keçiriləcək. Ölkənin daxili bazarı üçün istehsal yığışdırılacaq, daha sonra həmin avtomobillər digərləri ilə əvəzlənəcək. Ehtimal var ki, hazırda Almaniyada istifadəsinə qadağa qoyulan dizellə işləyən avtomobillər nisbətən ucuz qiymətə satıla bilər. Həmin maşınların bir hissəsi Azərbaycana gəlib çıxa bilər. Lakin avtomobillərin idxal olunması zamanı əsas xərclər var ki, bunlar da gömrük rüsumları, aksiz və eyni zamanda əlavə dəyər vergisidir. Bu xərclər qiymətə əhəmiyyətli dərəcədə təsir etməyəcək. Tutalım 15 min avroluq avtomobilin qiyməti öldürülüb, 5 min avroya salınacaqsa, bu gömrük rüsumlarına 15 faiz təsir edəcək. Bu da o qədər böyük rəqəm olmayacaq”.скачать dle 11.3

Son xəbərlər