Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil alarkən EHTİYYATLI OLUN: Dələduz alverçilər peyda olub

13.09.2021 18:02 1 788
Avtomobil alarkən EHTİYYATLI OLUN: Dələduz alverçilər peyda olub
“Avqust-sentyabr aylarında təkrar avtomobil bazarında bir qədər canlanma müşahidə edilir. Yanacağın qiymətinin artması fonunda insanlar daha çox mühərrik həcmi kiçik və yanacaq sərfiyyatı az olan avtomobillərə üstünlük verir”.

Bu sözləri “Report”a açıqlamasında avtomobil bazarındakı vəziyyətlə bağlı danışan nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, insanlar daha çox hibrid avtomobillərə üstünlük verir:

“Daha çox hibrid avtomobillər bazarda geniş şəkildə yayılmağa başlayıb. Təxminən 20 min manata qədər olan hibrid maşınlar daha çox satılır. Bu gün Bakıda da, bölgələrimizdə də hibrid avtomobillərə çox rast gəlirik. Bazarda bu avtomobillərin böyük payı var və onlara tələbat da böyükdür. Amma gömrük rüsumları azalmadığına görə qiymətlərlə bağlı müəyyən problemlər yaşanır. Ümumi bazarda ötən ilə baxanda bu il qiymətlərdə 15-20 % artım müşahidə edilir.

E. Muradlı bildirib ki, ümumilikdə Koreya, Almaniya, Yaponiyada istehsal olunan maşınlara tələbat daha çoxdur:

“Yaxşı haldır ki, insanlarımız Gürcüstan bazarından asılılığı getdikcə azaldır. Əvvəllər Gürcüstandan nasaz maşınlar gətirilirdisə, bu gün həmin maşınların daha yaxşısını iş adamları, maşın alverçiləri özləri Yaponiyadan, Almaniyadan, Koreyadan alıb gətirə bilirlər. Son vaxtlar bu tendensiyanın fonunda dələduzluq faktlarına şahid oluruq. ABŞ-dan maşın gətirmək adı ilə vətəndaşlardan pul alırlar və süründürməçilik edirlər. İndi bazarda dələduz maşın alverçiləri peyda olub. Vətəndaşların inamından sui-istifadə edirlər, internet üzərindən şəkil göstərirlər, vətəndaş maşını bəyənir, həmin alverçi də vətəndaşdan maşının qiymətinin yarısı qədərində pul alır, deyir ki, maşını 1-2 aya sənə verəcəyəm. Amma iki ay keçəndən sonra həmin şəxsi tapmaq olmur”.

Ekspert ABŞ-dan gətirilən avtomobillərdən də danışıb:

“Amerikadan gətirilən avtomobillərə, xüsusən “Toyota Prius”lara maraq azdır. Amerika avtomobilləri Azərbaycanda dözümlü deyil. Avropada istehsal olunan avtomobillər Azərbaycan üçün daha faydalıdır. Amerika bazarı üçün istehsal olunan maşınların Azərbaycanda satışının bir az riskli olduğunu düşünürəm. Çünki Amerikada tez-tez müxtəlif ərazilərdə təbii fəlakətlər olur. Orada suda batan, şüalanmaya məruz qalan və digər hadisələrlə üzləşən avtomobillər sonradan Azərbaycan və digər ölkələrə transfer edilir. Bu isə gələcəkdə təhlükəli hesab olunur”.

E. Muradlı hesab edir ki, hibrid avtomobillərə tələbatın artdığını nəzərə alaraq insanlarda onları almağa stimul yaratmalıyıq:

“Bu stimul isə onların idxalına güzəştlərin tətbiq edilməsi ola bilər”.

Son xəbərlər