Mojo.az Banner
21:12 Müharibəni dayandırın!  |     21:05 Ramazanın 25-ci günündə imsak və iftar VAXTI  |     20:42 Gəncədə evdən meyit tapıldı  |     20:34 Tramp: İran təslim olacaq  |     20:26 Mələkxanım Əyubovadan qızı ilə bağlı paylaşım  |     20:14 Hakan Fidan: İran Türkiyəyə raket atılması ilə bağlı iddiaları təkzib edir  |     20:08 Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb  |     19:56 Martın 15-16-sı ilə bağlı XƏBƏRDARLIQ  |     19:51 İsrailə raket hücumları başladı  |     19:43 Bu ölkədə matəm elan edildi  |     19:29 İki Formula-1 Qran-prisi ləğv oluna bilər - "Sky News"  |     19:23 Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...  |     19:18 "Bir piyadaya görə 60 nəfər dayanır" - Ekspert  |     19:10 Kəndlərin boşalması və urbanizasiya: Bakının yükünü azaltmaq mümkündürmü?  |     19:05 Bir həftədə 8 azərbaycanlı Ukrayna müharibəsində öldü  |     18:59 I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblər (SİYAHI)  |     18:54 Psixoloq: Mesajlaşmada "oki" yazmaq aqressiyanı neytrallaşdırmağa kömək edir  |     18:45 Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı (Video)  |     18:40 İranda 56 nəfər casusluq ittihamı ilə saxlanıldı - YENİLƏNİB  |     18:34 Müşviqabad hövzəsində kanalizasiya kollektorları tikilir - VİDEO  |    
Left Banner
Right Banner

Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər

27.08.2025 21:44 489
Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər
Məlum olduğu kimi, 1 yanvar 2022-ci ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə 18%-lik ƏDV-dən azad edilib.

Yeniavaz.com xəbər verir ki, bu ilin sonunda tətbiq edilən güzəşt müddəti başa çatır və güzəşt müddətinin uzadılıb-uzadılmayacağı barədə heç bir rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, güzəşt tətbiq edildikdən sonra ölkəyə idxal olunan hibrid avtomobillərin sayında kəskin artım olub. Əgər 2021-ci ildə ölkəyə idxal olunan 91 min 194 ədəd avtomobilin 14,2%-i və ya 12 min 936 ədədi hibrid avtomobil olubsa, ötən il bu göstərici 28,5% və ya 26 min 197 ədədə yüksəlib. Bu ilin ilk 7 ayında isə artım daha böyük olub. Belə ki, bu ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan 63 min 401 ədəd avtomobilin 47,3%-i və ya 29 min 958 ədədi hibrid avtomobil olub.

Onu da bildirək ki, bu ilin ilk 7 ayında idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri təxminən 20 min 70 dollar (34 min 120 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu göstərici 28 min 930 dollar (49 min 180 manat) olub. Beləliklə, idxal edilən bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri son bir il ərzində 8 min 860 dollar (16 min 60 manat) və ya 30,6% ucuzlaşıb.

Bəs vergi güzəşti ləğv olunarsa, bu Azərbaycanda avtomobil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, əgər 1 yanvar 2025-ci ildən etibarən hibrid avtomobillərə tətbiq olunan ƏDV güzəşti ləğv edilərsə, bu, bazarda həm qiymətlərə, həm də tələbə birbaşa təsir göstərəcək:

"Hazırda idxalçılar və alıcılar üçün əsas stimullaşdırıcı amil məhz həmin vergi güzəştidir. Onun aradan qaldırılması avtomobillərin satış qiymətinin ən azı 18% artmasına səbəb olacaq. Bu isə, təxminən, orta hesabla 34 min manata başa gələn hibrid avtomobilin ən azı 6 min manat bahalaşması ilə nəticələnəcək.

Nəticədə, alıcıların bir hissəsi hibrid avtomobil əvəzinə ya köhnə benzin ilə işləyən modellərə, ya da daha ucuz avtomobillərə üz tutacaq. Bu isə hibridlərin satış tempini ciddi şəkildə azalda bilər. Digər tərəfdən, əgər güzəşt dayandırılarsa, son zamanlar avtomobil qiymətlərində müşahidə olunan ucuzlaşma tendensiyasını qorumaq çətin olacaq”.

İqtisadçı bildirir ki, əgər güzəşt müddəti artırılmasa, növbəti ilin ilk aylarından başlayaraq avtomobil satışları kəskin zəifləyəcək, qiymətlər isə yükəsləcək:

"Uzunmüddətli perspektivdə dövlətin vergi güzəştini davam etdirməsi həm ekologiya, həm də yanacaq sərfiyyatına qənaət baxımından ölkə iqtisadiyyatı üçün daha sərfəlidir. Çünki hibrid avtomobillərdən istifadə həm benzin idxalına tələbatı azaldır, həm də hava çirkliliyini müəyyən qədər aşağı salır. Yəni əgər güzəşt uzadılmasa, hibridlər bazarda əvvəlki qədər əlçatan olmayacaq və ölkəyə gətirilən maşınların strukturunda yenidən ənənəvi benzin mühərrikli modellərin payı artacaq. Bu isə həm alıcıların cibinə əlavə yük gətirəcək, həm də ölkənin enerji və ekoloji siyasətinə mənfi təsir göstərəcək”.скачать dle 11.3
Mojo.az Banner