Mojo.az Banner
15:14 Ölkəmizdə minlərlə iş yeri açılacaq — BU SAHƏLƏRDƏ  |     15:01 Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə öldü  |     13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Dəllallar maşın bazarında süni sistem yaradıblar - İDDİA

06.08.2019 12:17 3 214
Dəllallar maşın bazarında süni sistem yaradıblar - İDDİA
Müşahidələrimiz onu göstərir ki, son günlər avtomobil bazarında durğunluq hökm sürür. Bazarda alıcıdan çox satıcı nəzərə çarpır. Bu, qiymətlərdə də öz əksini tapıb. Bəzi avtomobillərin qiymətində cüzi də olsa, ucuzlaşma müşahidə olunur.

Bəs bu vəziyyət nə ilə bağlıdır və nə vaxtadək davam edəcək?

Məsələ ilə bağlı pxu.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, maşın bazarında tələbatın azalması mövsümlə əlaqədardır:

“Hər il iyul-avqust aylarında maşın bazarında durğunluq yaranır, tələbat zəifləyir. Bəziləri istirahətə gedir, bəziləri övladını məktəbə qoymağa hazırlaşır və s. Bu kimi məsələlər tələbatın azalmasına səbəb olur, qiymətlərə öz təsirini göstərir. Amma sentyabr-oktyabr aylarında alıcıların sayında artım olacağı gözlənilir”.

Onun sözlərinə görə, ümumilikdə, bu, bazarda dəllallıq edənlərin yaratdığı süni sistemdir:

“Bu sistemi insanların xeyrinə dəyişmək üçün gömrük rüsumlarına bir daha baxılmalıdır. Azərbaycanda gömrük rüsumları kifayət qədər yüksək olduğu üçün insanlar xaricdən yeni avtomobilləri yerli bazardan daha ucuz qiymətə alıb, ölkə ərazisinə gətirərək qeydiyyata sala bilmirlər. Bu gün ölkəyə hibrid və elektrik avtomobillərinin gətirilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir”.

Ekspertin fikrincə, bu gün maşın bazarı ona görə “ayaqüstə”dir ki, burada köhnə avtomobillərin satışı həyata keçirilir:

“Hazırda maşın bazarında nəzarət mexanizmi yoxdur. Bu gün maşın bazarı müəyyən adamların əlindədir. Bu da maşın bazarında qiymətlərə təsir edir”.

E.Muradlı əlavə edib ki, bu gün ən çox tələbat ucuz avtomobillərədir:

“Misal üçün, “Mercedes”, “KİA”, “Toyota”, “Hyundai” kimi avtomobillərin ili köhnə olan modelləri də çox satılır. Çünki ölkəmizdə bu kimi avtomobillərin ehtiyat hissəsi ilə bağlı problem yoxdur. Təzə avtomobil almaq istəyən, ancaq imkanı çatmayanlar Çin istehsallı maşınlara da üstünlük verirlər. Bundan başqa, Rusiya istehsallı “Niva” və “Lada Priora” kimi avtomobillər də çox satılanlar sırasındadır”.скачать dle 11.3
Mojo.az Banner