Mojo.az Banner
20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər

21.09.2026 11:54 570
Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər
Son dövrlərdə Azərbaycan avtomobil bazarında Çin istehsalı olan nəqliyyat vasitələrinin, xüsusilə hibrid və elektrik avtomobillərinin sayı artır. Bu markaların daha münasib qiymət, geniş model seçimi və yeni texnologiyalar təklif etməsi alıcıların marağını gücləndirən əsas amillərdən biridir. Bununla yanaşı, avtomobil idxalı ilə bağlı mövcud qaydalar və ekoloji standartlar fonunda Çin istehsalı olan avtomobillərə münasibətdə yeni tələblərin tətbiq olunub-olunmayacağı da müzakirə edilir.

İlin sonunadək avtomobil idxalı qaydalarında, o cümlədən Çin istehsalı olan hibrid və elektrik avtomobilləri ilə bağlı əlavə limit və ya yeni məhdudiyyətlərin tətbiqi gözlənilirmi?

Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Median.Az-a deyib ki, elektrik və hibrid avtomobillərlə bağlı Avropa və dünya statistikalarından daha çox Azərbaycandakı vəziyyətə diqqət yetirmək lazımdır:
“Azərbaycanda elektrik avtomobillərinə maraq əsasən Bakı ilə ölçülür. Çünki bu avtomobillərə daha çox paytaxtda üstünlük verilir və bunun əsas səbəblərindən biri şəhərdəki tıxacların çox olmasıdır. Rayonlarda isə vəziyyət tamamilə fərqlidir. Orada elektrik və hibrid avtomobillərin sayı Bakı ilə müqayisədə xeyli azdır. Məsələn, Bakıda elektrik və hibrid avtomobillərin payı kifayət qədər yüksəkdirsə, rayonlarda bu göstərici təxminən 10-20 faiz civarındadır. Elektrik avtomobilləri xüsusilə tıxacların çox olduğu şəhərlərdə daha əlverişli hesab olunur. Məsələn, 5-10 kilometrlik məsafəni uzun müddət ərzində qət edən sürücülər üçün belə avtomobillər müəyyən üstünlüklər yarada bilər”.

Ekspert bildirib ki, lakin elektrik avtomobillərini digər avtomobillərlə müqayisə etdikdə hələ də bir sıra suallar ortaya çıxır:
“Bəzi elektrik avtomobillərində funksiyalar daha çox olsa da, ənənəvi avtomobillərin daha dözümlü olduğunu düşünürəm. Elektrik avtomobillərinin istismar zamanı yaratdığı bəzi problemlər də tədricən üzə çıxır. Bunun qəzalardan, texniki nasazlıqlardan və ya digər amillərdən qaynaqlanması ayrıca araşdırılmalıdır. Hazırda elektrik avtomobillərinin satışında ciddi azalma müşahidə olunmur. Yeni avtomobillərin satış statistikası ilə bağlı ən dəqiq məlumat isə, təbii ki, avtomobil salonlarında olur. Lakin gündəlik müşahidələr də göstərir ki, elektrik avtomobillərinə maraq əsasən Bakıda davam edir. Rayonlardan Bakıya avtomobil almaq üçün gələnlərin böyük hissəsi elektrik avtomobillərinə üstünlük vermir. Onlar daha çox benzin və dizel mühərrikli avtomobillər alırlar. Bunun bir neçə səbəbi var. Rayonlarda elektrik avtomobillərinə xidmət göstərən ustaların sayının az olması, texniki problemlərlə bağlı narahatlıqlar və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlı suallar insanların seçimlərinə təsir edir.

Ona görə də elektrik avtomobillərinə marağın artması hələlik əsasən Bakı ilə məhdudlaşır. Regionlarda isə bu avtomobillərə münasibətin dəyişməsi üçün həm texniki xidmət imkanlarının genişlənməsi, həm də sürücülərin bu avtomobillərin istismarı ilə bağlı daha çox məlumat əldə etməsi lazımdır”.

Ayselскачать dle 11.3
Mojo.az Banner