Mojo.az Banner
17:23 "Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya cavab (VİDEO)  |     17:08 Qızıl və gümüş bahalaşdı  |     16:59 Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir  |     16:29 Kansler: "Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır"  |     16:26 Şikayətlərdən sonra Nigar Fərhadın şirkəti fəaliyyətini dayandırdı  |     15:54 Qabiliyyət imtahanı: Ən yüksək və ən aşağı nəticə göstərən ixtisaslar  |     15:51 Kəlbəcərdə mina PARTLADI: XƏSARƏT ALAN VAR  |     15:47 Fransa millisi Zidana tapşırıldı  |     15:09 Milli Mətbuat Günü hava necə olacaq?  |     15:01 Həyətində narkotik yetişdirirmiş  |     14:54 Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı  |     14:49 Bankın direktor müavini binadan yıxılıb öldü  |     14:43 Azərbaycan əhalisinin sayı açıqlandı  |     14:35 Pirallahıda avtobus piyadanı vurub öldürdü  |     14:30 Məşhur narkobaron ömürlük həbs edildi  |     14:24 Şri-Lankada denge qızdırması ilə mübarizədə hərbi dronlar tətbiq edilir  |     14:21 Hörmüz boğazındakı gərginlik nefti bahalaşdırdı: Azərbaycan üçün nəticələr nə olacaq?  |     12:58 Futbol üzrə dünya çempionatı Meksikaya üç milyon xarici turist cəlb edib  |     12:56 Ağstafada 78 yaşlı kişi yıxılaraq öldü  |     12:47 Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı  |    
Left Banner
Right Banner

Azərbaycanda "ikinci əl" avtomobillər KƏSKİN BAHALAŞIB

27.03.2026 20:39 342
Azərbaycanda
2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb. Belə ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, hazırda yalnız sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış elektrik mühərrikli avtobusların idxalı, eləcə də həmin avtobusların sonradan komplektləşdirilərək satışı 1 il müddətinə ƏDV-dən azad olunub.
Martın 25-dən etibarən isə raritet avtonəqliyyat vasitələrinin ölkəyə idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad edilib.

Maraqlıdır, bu dəyişikliklər fonunda avtomobil bazarında qiymət dinamikası necə dəyişib? Hazırda hansı növ avtomobillərdə bahalaşma daha çox müşahidə olunur?

Bundan əlavə, raritet avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri bazara necə təsir edəcək?

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, 2026-cı il yanvarın 1-dən ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğvi bazarda yeni bir tendensiya formalaşdırıb. Onun sözlərinə görə, bu kateqoriyaya aid avtomobillərin qiymətləri rüsumlara uyğun şəkildə artıb.

"Bununla yanaşı, 2025-ci ildə demək olar ki, “çökmüş” ikinci əl avtomobil bazarı bu il tədricən dirçəlməyə başlayıb. Ötən il qiymətlərdə 35-45 faizə qədər enmə müşahidə olunurdusa, artıq bu il əksinə, avtomobillərdə bahalaşma hiss olunur. Bununla belə, bu, bazarda ciddi canlanma olduğu anlamına gəlmir. Əksinə, yanvar-fevral ayları ənənəvi olaraq avtomobil bazarında sakit dövr sayılır və bu il də həmin durğunluq daha aydın hiss olunub. Həm yeni, eləcə də ikinci əl avtomobillərin satışında zəifləmə müşahidə edilib".

Sədr əlavə edib ki, martın əvvəlindən etibarən isə bazarda müəyyən hərəkətlilik yaranaraq, yenidən avtosalonlara və avtomobillərə olan maraq artıb:

"Ümumiyyətlə, yeni avtomobil almaq istəyənlər daha çox martın ortalarından sonra qərar verir. Səbəb də odur ki, alıcılar avtomobilin məhz həmin ilin istehsalı olmasına üstünlük verir. Yəni 2026-cı ildə istehsal olunan avtomobilə maraq, 2025-də istehsal olunub 2026-da satışa çıxarılan modellərlə müqayisədə daha yüksək olur. Bu səbəbdən ilin əvvəlində bazarda sakitlik yaranır, yaz aylarından etibarən isə satışlar tədricən artır".

E.Əliyev qeyd edib ki, nadir və kolleksiya xarakterli avtomobillərə (raritet) gəldikdə isə, onların ümumi bazara təsiri demək olar ki, yoxdur:

"Bu tip avtomobillər ölkəyə məhdud sayda, əsasən fərdi sifarişlə gətirilir. Daha çox kolleksiya üçün və ya restoran, otel kimi məkanlarda vizual məqsədlə istifadə olunur. Ona görə də bu seqmentə verilən güzəştlər bazarın ümumi dinamikasına ciddi təsir etmir", - deyə o bildirib.

Məlumat üçün xatırladaq ki, 2019-cu ilin 1 yanvar tarixindən etibarən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad olunub. Daha sonra 2022-ci ildə hibrid avtomobillərin idxalı və satışı, həmçinin elektromobillərin satış və idxalına da güzəşt tətbiq edilib.скачать dle 11.3
Mojo.az Banner