Mojo.az Banner
Son Xəbərlər
22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Açıq şəraitdə satılan qidalar alarkən diqqətli olun

22.08.2019 18:34 1 972
Açıq şəraitdə satılan qidalar alarkən diqqətli olun
Metro çıxışlarında, keçidlərdə və digər yerlərdə qidaların açıq və səyyar satışı gündən-günə artır. Həmin yerlərdə təmizlik işləri aparılan zaman bütün toz-torpaq qidalara hopsa da, insanlar yenə də bu məhsulları almağa davam edir.

Mütəxəssislər hesab edirlər ki, açıq şəraitdə satılan qidalara külək vasitəsilə yayılan bir çox mikroblar bulaşır.

Bunun qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a bildirib ki, qida sənayesi ilə məşğul olan hər kəs Qida Təhlükəsizliyi Agentliyində reyestrdən keçməlidir:

"Agentliyin onlara icazə verib-verməməsi məsələsi isə sonrakı prosesdir. Çox təəssüf ki, bu işlərlə məşğul olan sahibkarların böyük əksəriyyəti agentliyin reyestrinə daxil olmayıb. Ona görə də onların fəaliyyətini qeyri-qanuni hesab etmək olar. Həmin yerlərdə sanitar vəziyyət bərpa olunmalıdır. Hesab edirəm ki, agentlik bununla bağlı işlər görəcək".

Həmin yerlərin bağlanmasına gəlincə, E.Hüseynov qeyd edib ki, heç bir müəssisənin fəaliyyətinin dayandırılmasının tərəfdarı deyil:

"Sadəcə, onların qanun çərçivəsində fəaliyyət göstərməsini təmin etmək lazımdır".

Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydalara əməl edilmədən, antisanitar şəraitdə satılan məhsulun istehlakı qida zəhərlənmələrinin, kəskin mədə-bağırsaq xəstəliklərinin yaranması riskini artıra bilər:

"Açıq şəraitdə qida məhsullarının hazırlanması, saxlanılması şəraitinə və temperatur rejiminə mütləq əməl edilməlidir. Dondurma, meyvələr, giləmeyvələrin və s. izotermal və ya soyudulmuş qablarda satılması şərtlərinə əməl edilməlidir.

Ərzaq məhsullarının satıcı tərəfindən evdə saxlanılması, məhsulun çantada, karton qutularda və ya digər təsadüfi qablarda satışı yolverilməzdir. Eyni zamanda, tez xarab olan qida məhsulları mütləq soyuducularda +4 və +6 dərəcə temperaturda saxlanılmalıdır".

Qeyd olunub ki, isti yay günlərində küçələrdə, günəş şüaları altında plastik qablarda ərzaq məhsulları, xüsusilə qazlı və qazsız içkilərin satışı yolverilməzdir. Ərzaq məhsullarının vitrində yerləşdirilməsi təmin edilməlidir:

"Ticarət yerinə yaxın ərazidə məişət tullantıları konteynerləri saxlanmamalı, işlənmiş qablar iş bitdikdən sonra gündəlik olaraq ərazidən kənarlaşdırılmalıdır.

Vətəndaşların açıq şəraitdə satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər".скачать dle 11.3

Son xəbərlər