Mojo.az Banner
18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |    
Mojo.az Avto
Mojo.az Avto

“Bunların kənd toyuğu olduğunu kim deyir?!”

26.07.2019 15:21 3 280
“Bunların kənd toyuğu olduğunu kim deyir?!”
“Kənd toyuğu” adı ilə satılan toyuqlar zəhərlənməyə səbəb ola bilər.

Bunu oxu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Bildirib ki, üzərində heç bir məlumat olmayan toyuqları almaq məsləhət deyil:

“İnsanlar marketlərdən kənarda, pərakəndə satış nöqtələrində satılan toyuqları “kənd toyuğu” adı ilə alırlar. Bu məhsulların üzərində heç bir məlumat qeyd olunmur. Bunların kənd toyuğu olduğunu kim deyir?! Bu toyuqlar kənd toyuğu deyil. Onlar sadəcə antisanitar şəraitdə hazırlanan məhsullardır.

Qeyri-qanuni yerlərdə, əldə satılan toyuqları almaq olmaz. Belə toyuqlar qida zəhərlənməsinə və xəstəliklərə səbəb ola bilər. Satılan məhsulun üzərində mütləq istifadə müddəti, saxlanma şəraiti qeyd olunmalıdır”.

Ekspert xatırladıb ki, Nazirlər Kabinetinin 194 saylı qərarına əsasən, əmtəə bazarında satılan bütün mallar etiketləşdirilməlidir:

“Hansı məhsulun üzərində rəsmi etiket yoxdursa, bu məhsulların bazara çıxarılması qadağandır. Həmin məhsullara rast gələn istehlakçılardan xahiş olunur ki, bu barədə aidiyyəti qurumlara müraciət etsinlər. Bu məhsullar birbaşa sağlamlığa zərərli hesab olunur”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, H.Əliyev prospektinin yaxınlığında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib.

41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət alüminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb. Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner