Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Hisə verilmiş balıq alarkən ehtiyatlı olun

26.01.2019 23:22 7 229
Hisə verilmiş balıq alarkən ehtiyatlı olun
Bakıda antisanitar şəraitdə balıqları hisə verən şəxs saxlanılıb. Məlum olub ki, o, hisə verilmiş balıqları gigiyenik qaydalara əməl etmədən və Qida Təhlükəsizliyi Agentliyindən heç bir rəsmi sənədi olmadan hazırlayırmış. Bu məsələ bir daha antisanitar şəraitdə hisə verilmiş balıqların yaratdığı riskləri gündəmə gətirir.

Median.az
xezerxeber.az-a istinadən bildirir ki, bu balıqlar açıq şəkildə və üzərində istehsalçısı haqqında heç bir məlumat olmadan satılır. Balıqlarla yanaşı, saçaqlı pendirlərin də eyni qaydada satışı həyata keçirilir.

Qida təhlükəsizliyi üzrə ekspertlər isə həyəcan təbili çalırlar. Ekspert Elmar Cəmilov deyir ki, antisanitar vəziyyətdə hazırlanan belə məhsullar insan həyatı üçün çox təhlükəlidir.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirildi ki, satış məqsədilə qanunsuz qida hazırlanması ilə məşğul olan şəxslərə qarşı Agentlik tərəfindən aidiyyəti orqanlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun addımlar atılır. Qurum həmçinin istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmağı tövsiyyə edir. Bildirir ki, alıcıların belə məhsullarla bağlı hər hansı şübhələri olsa, Agentliyin 1003 qaynar xəttinə müraciət edə bilərlər...

Son xəbərlər