Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kütləvi zəhərlənmə: mağazalar bağlandı - VİDEO

07.09.2018 11:43 6 049
Azərbaycanda kütləvi zəhərlənmə: mağazalar bağlandı - VİDEO
Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər. Onlardan ikisinin vəziyyəti ağırdır.

Median.Az
-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinə baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub.

Agentliyin mütəxəssislərindən ibarət İşçi Qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar.

Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.

Zəhərlənmiş beş nəfər əvvəlcə Şabran rayonu xəstəxanasına yerləşdiriliblər. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Klinik Tibbi Mərkəzə köçürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər