Mojo.az Banner
13:02 ATƏT-in fəaliyyətdə olan sədri Bakıda şəhidlərin xatirəsini anıb  |     12:57 Ceyhun Bayramov İqnazio Kassis ilə görüşüb  |     12:50 Biləsuvarda nəfəs borusunda qida qalan körpə öldü  |     12:43 Azərbaycanda zəlzələ olub - FOTO  |     12:38 Tanışını borca görə bıçaqlayan şəxs: "Boynunu üzəcəyəm" deyirdi"  |     12:30 Sığorta vəsaitindən istifadə qaydası təsdiqləndi  |     12:25 Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar  |     12:17 Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi  |     12:10 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ  |     12:05 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI  |     11:57 Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU  |     11:50 Efiopiyada torpaq sürüşməsi: Ölənlər və yaralananlar var  |     11:48 Yaponiyada anomal istilər: Tokio zooparkında üç dişi aslan tələf olub  |     11:33 Qarpızı çörəklə yeyənlərə XƏBƏRDARLIQ - Həkim təhlükədən danışdı  |     11:29 Azərbaycanda polkovnik qəfil öldü  |     11:23 Ələt qəsəbəsində dənizdə batan şəxsin CƏSƏDİ TAPILIB  |     11:20 Ronaldonun toyuna dəvət edilən məşhurların siyahısı sızdı - Messi də gələcək?  |     11:15 İki gün əvvəl dənizdə qardaşı və bacısı ilə batan Ruslanın meyiti tapıldı  |     11:11 Neymar karyerasını bitirir? - Braziliyalı ulduzdan gözlənilən açıqlama  |     23:02 "Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət  |    
Left Banner
Right Banner

Kustar üsulla hazırlanan qidalarla bağlı - XƏBƏRDARLIQ

27.12.2018 18:56 4 100
Kustar üsulla hazırlanan qidalarla bağlı - XƏBƏRDARLIQ
Bakıda və regionlarda kustar üsulla balıqların hisə verilməsi ilə bağlı istehsalat sahələri var.

Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir:

“Bu istiqamətdə aparılan monitorinqlər zamanı müəyyən edilib ki, Bakıətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri mövcuddur.

Adıçəkilən məhsullar heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab vermir. Hazırda Agentlik hüquq mühafizə orqanları ilə birlikdə aşkar edilən faktlarla bağlı tədbirlər həyata keçirir”.

Agentlik bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.

“Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, balıq və balıq məhsullarını normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.

Vətəndaşlar kustar üsulla hisə verilmiş balıq məhsullarının hazırlanması və satışı ilə rastlaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”, - deyə qurumdan bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır.

Yanma prosesi zamanı yaranan kimyəvi tüstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.
скачать dle 11.3
Mojo.az Banner