Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? — "Çiy ət dadı verir" - AÇIQLAMA

24.09.2026 16:35 957
Kilosu 37 manat olan kolbasa piydən ibarətdir? —
Sosial şəbəkələrin birində vətəndaş kolbasa ilə bağlı iradını bildirib.

Median.Az
xəbər verir ki, vətəndaş məhsulun piy qatından ibarət olduğunu və çiy ət dadı verdiyini iddia edib.

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib:

"Firmaların sahibkarları müəssisə açıb işlədir və orada çalışan neçə yüzlərlə insan evinə çörək aparır. Amma bu gün təhsili olmayan, sosial şəbəkələrdə "blogger"lik edənlər məhsulları pisləyirlər. Onlar məhsulu alanda nə yağlılığına, nə də rənginə baxırlar".

Mütəxəssis əlavə edib ki, firma 37 manata kolbasa satırsa, deməli, Bu məhsulun tərkibi vətəndaşın ağız dadına uyğun ola da, olmaya da bilər.

Ağa Salamov qeyd edib ki, onun ən çox istifadə etdiyi və keyfiyyətinə əmin olduğu kolbasa da elə budur.

Ekspert bu tip bloggerləri sərt tənqid edərək deyib:

"Ümumiyyətlə bəzi bloggerlər məhsulu alıb "gedib evdə yoxlayıb, sizə bildirəcəm" deyir. Onlar qida eksperti deyil, qida sahəsində stajı yoxdur. Onlar bu sahədə heç universitet belə bitirməyiblər".

Qida mütəxəsisi vurğulayıb ki, əgər məhsulun içindən qurd, tarakan və s. çıxarsa, xarab məhsul olarsa, onu çəkib paylaşmaq olar. Amma hər hansı bir markanı alıb ağız dadına uyğun olmadığı üçün pisləmək düzgün deyil.

Ağ Salamov sonda təklif irəli sürərək deyib ki, aidiyyəti qurumlar bu yöndə fəaliyyətə başlamalıdır.
Dəniz Pənahova
Median.Az

Son xəbərlər