Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Monqolustan quzusunun kababının dadı necə olur? - TEST EDİLDİ

11.11.2025 21:30 711
Monqolustan quzusunun kababının dadı necə olur? - TEST EDİLDİ
Son aylar Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri xaricdən gətirilən ətlərdir. Xüsusilə Monqolustandan gətirilən dondurulmuş quzu ətləri yerli alıcılar tərəfindən birmənalı qarşılanmır. Qeyd edək ki, Monqolustan ətlərin qiyməti yerli bazarda 11-14 manat arasında dəyişir.

Bəziləri heyvanların islami qaydalarla kəsilmədiyini, bəziləri isə dadının yerli ətdən çox fərqli olduğunu iddia edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin halal kəsimlə bağlı yaydığı açıqlamada bildirilir ki, əgər ölkəyə məhsul idxal edən şəxs bəyan edirsə ki, ölkəyə "halal ət" və yaxud "halal kolbasa" gətirir, o zaman bəyan etdiyi məlumatla, gətirilən məhsulun faktiki tərkibi laborator analizə cəlb edilir və müvafiq qərar verilir. Yəni "halal" standartı isə məcburi yox, könüllüdür.

Monqolustan quzusunun dadı da insanlara maraqlıdır.

Median.Az xəbər verir ki, Bakıda blogerlərdən biri "monqol əti"ni alıb və kabab bişirib. Alibaba Məmmədov adlı bloger Monqolustan ətindən bişirilən kababı yedikdən sonra onun dadı barədə sosial şəbəkələrdə paylaşım edib.

"Mən Monqolustan ətindən bişən kababın dadına baxdım. Bizim quzuların ətindən bişən kababın dadını verə bilməz. Kababı yerli quzular kimi yumşaq deyil, bərkdir. Yəni yerli quzuları əvəz edə bilməz".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. /day.az

Son xəbərlər