Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Monqolustandan gətirilən quzu əti keyfiyyətsizdirmi? - Ekspert

22.09.2025 21:51 774
Monqolustandan gətirilən quzu əti keyfiyyətsizdirmi? - Ekspert
"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli son günlər Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib.

Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:

"Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur".

Vahid Məhərrəmli Qazaxıstanda quzu ətinin 12 manata satıldığını qeyd edib:

"Azərbaycanda isə 22 manata satılır. Onlarda otlaq ərazilər daha böyükdür. Heyvanlar qısa müddətdə lazım olan çəkini alırlar, yemləmə ucuz başa gəlir. Ətin maya dəyəri ucuz olduğundan onlar rahatca əti sata bilir. Azərbaycanda örüş sahələri azdır, otun qiyməti bahadır. Ətin maya dəyərində otun, yemin qiyməti yüksəkdir. Ona görə də ət Azərbaycanda bahadır".

Son xəbərlər