Mojo.az Banner
14:50 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |     12:26 Ağır cinayətlərin sifarişçisi olan "Dəyirman Vahid"ə hökm oxundu  |     12:21 Hörmüz boğazında neft tankerləri minaya düşdü  |     12:06 Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video  |     11:49 Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!

28.10.2025 21:17 576
Restoranlarda bəh-bəhlə yediyimiz monqol quzuları belə kəsilirmiş... – Almadan əvvəl MÜTLƏQ OXUYUN!
Sosial şəbəkələrdə Monqolustandan gətirilən ətlərlə bağlı satış reklamları artmaqdadır. Son günlər dabaq xəstəliyi ilə əlaqədar ət kəsimi məhdudlaşdırıldığından əhalinin tələbatını ödəmək üçün sahibkarlar xaricdən ət idxalını artırır.

Təkcə Monqolustandan deyil, bu yaxınlarda Azərbaycan və Braziliya arasında ət idxalı ilə bağlı müqavilə bağlandı. Hələlik açıq satışa çıxarılması ilə bağlı məlumat yoxdur. Braziliyadan gətirilən termal ətlərlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hələ araşdırmalar aparır.

Bəs bu monqol ətləri bizim ağız dadımıza, ənənəmizə, süfrə və inancımıza uyğundurmu?

Monqolustanda ətin kəsilməsi çox qədim və özünəməxsus qaydalarla aparılır. Bu proses həm praktik, həm də mədəni-ruhi mənalar daşıyır. “Zurkhai” (ürəkdən öldürmə) - Monqollar heyvanı qan axıtmadan öldürürlər. Bu, həm dini, həm də ekoloji səbəblərlə edilir. Heyvan sakit vəziyyətdə yerə yatırılır.

Döş sümüyü (sinə hissəsi) diqqətlə kəsilir. Qan damarları kəsilmədən əl ilə ürəyi sıxıb partladırlar. Beləliklə, qan bədəndə qalır, çünki monqollar hesab edir ki, qan həyatı simvolizə edir və torpağa axmamalıdır. Dini baxımdan haram, tibbi cəhətdən ziyanlı İslami qaydalarda isə tam tərsi – heyvanın qanı tamamilə axıdılmalıdır ki, qan bədəndə qalıb virus yaratmasın. Yəni monqol ətləri həm dini baxımdan haramdır, həm də tibbi cəhətdən ziyanlıdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Monqolustandan 1 milyon 564 min ABŞ dolları dəyərində 391 ton qoyun əti idxal edilib.

Monqolustandan ət idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.5 dəfə artıb. Belə ki əvvəlki ilin müvafiq dövründə ölkəyə 20 ton qoyun əti idxal edilmişdi.скачать dle 11.3
Mojo.az Banner