Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yandex"in data mərkəzi vuruldu

09.10.2026 13:36 282
Oktyabrın 9-na keçən gecə Kaluqa şəhərində PUA hücumu nəticəsində "Yandex" şirkətinə məxsus məlumat (data) mərkəzinin infrastrukturunun bir hissəsi zərər görüb.

Oxu.Az-ın Rg.ru-ya istinadən xəbərinə görə, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Şirkətdən verilən açıqlamada data mərkəzdəki bir sıra modulların tam yararsız hala düşdüyü və bu səbəbdən "Yandex"in müəyyən xidmətlərinin işində kəsintilər ola biləcəyi qeyd edilib.

Hazırda dəymiş ziyanın tam miqyası qiymətləndirilir. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları və şirkətin mütəxəssisləri çalışırlar. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Şirkətin mətbuat xidməti onu da əlavə edib ki, insan həyatının təhlükəsizliyi onlar üçün hər zaman başlıca prioritetdir.

Qeyd edək ki, ötən gün Rusiyanın Ryazan vilayətinin Sasovo şəhərindəki "Yandex" data mərkəzinə də pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilmiş və infrastrukturun bir hissəsinə zərər vuran yanğın qeydə alınmışdı.скачать dle 11.3
Mojo.az Banner