Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO

09.10.2026 14:40 381
Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO
Pakistanlı iki qardaş həyat yoldaşları ilə birgə "Bakıda ev və ya mülk alaraq gələcəyinizi təmin edin" vədi ilə vətəndaşları aldadaraq milyonlarla dollarlıq dələduzluq ediblər.

İddia edilən dələduzluq sxeminin qurbanlarının Bakıdakı Pakistan səfirliyinə çox sayda şikayət təqdim etdiyi bildirilir. Məlumata görə, dələduzluq cinayəti hər iki ölkədə həyata keçirilib.

Eyni zamanda, Pakistanın Federal Təhqiqat Agentliyinin (FIA) Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə Dairəsinin iddia olunan mütəşəkkil dələduzluqla bağlı çirkli pulların yuyulması şübhəsi ilə istintaqa başladığı qeyd olunur. Məlumata görə, Lahor sakini Əli Əsgər və onun hazırda Bakıda yaşayan qardaşı Əli Əkbərin həyat yoldaşı Fərzanə Əkbər və qruplaşmanın digər ehtimal edilən üzvləri barəsində həbs qərarları çıxarılıb. Əli Əkbərin Bakıdakı iddia edilən biznes tərəfdaşları arasında Gülbəniz adlı azərbaycanlı qadının da adı hallanır. Azərbaycanlı qadının da Əli Əkbərin həyat yoldaşı olduğu bildirilir. Ona qarşı Azərbaycanın Daxili İşlər Nazirliyi və Pakistan səfirliyi də daxil olmaqla, aidiyyəti qurumlara bir neçə şikayətin daxil olduğu da bildirilir.

Məlumata görə, Lahorda fəaliyyət göstərən Əli Əsgər Bakıda daşınmaz əmlak investisiyası təklifini reklam etmək üçün "Facebook" və digər sosial media şəbəkələrindən fəal şəkildə istifadə edib. Təklifdə müştərilərə 5000 dollar beh ödəyərək Bakıya yeddigünlük səyahət turu ilə yanaşı, mənzil və ya mülk sifariş etmək imkanının vəd olunduğu bildirilir. Çox sayda Pakistan vətəndaşının bu sxem vasitəsilə xeyli ziyana düşdüyü və sözügedən fəaliyyətin hazırda da davam etdiyi iddia olunur.

Cinayət işində adı hallanan Gülbəniz adlı qadının Bakıda əmlak alqı-satqısı əməliyyatlarında iştirak etdiyi bildirilir. O bu cür sazişlər vasitəsilə xaricdə yaşayan pakistanlılardan yüzminlərlə, hətta milyonlarla dollar toplamaqda təqsirləndirilir.

Pakistanın Bakıdakı səfirliyinin Əli Əkbər və bəzi zərərçəkənlər arasında təşkil etdiyi təkbətək görüşün də heç bir əhəmiyyətli nəticə vermədiyi iddia edilir.

Materialda vurğulanır ki, Əli Əkbər və onun azərbaycanlı həyat yoldaşı Gülbənizin iştirakı ilə Bakıda daşınmaz əmlak alqı-satqısı ilə bağlı çoxmilyonluq fırıldaqçılıq iddiaları daha əvvəl də gündəmə gəlib. Onların Bakıda "Real Mentor Developers" adlı şirkət qurduğu və Azərbaycanda onlara ev və digər mülklər təşkil edəcəklərini vəd edərək Pakistan vətəndaşını yüzminlərlə dollar məbləğində aldatdıqları iddia olunur. Əli Əkbərin qardaşı Əli Əsgərin Pəncab əyalətinin Lahor şəhərində fəaliyyət göstərən "Real Mentors Prime Properties Limited" şirkəti ilə əlaqəli olduğu və "Ali Akbar Group of Companies"in vitse-prezidenti vəzifəsini icra etdiyi bildirilir. O, ictimaiyyəti Bakı vizaları almağa və daşınmaz əmlaka sərmayə qoymağa təşviq edərək, onları bilərəkdən maliyyə itkilərinə məruz qoymaqda günahlandırılır.

Məlumata görə, iki qardaş Bakıda əmlak alqı-satqısını təşkil etmək vədi ilə indiyədək çox sayda Pakistan vətəndaşından milyonlarla dollar toplayıblar. Son günlərdə Pakistan vətəndaşlarının Əli Əkbərə qarşı Azərbaycanın Daxili İşlər Nazirliyinə rəsmi müraciətlər etdiyi bildirilir. Bu şikayətlərdən sonra dələduzluqda təqsirləndirilən bu şəxsə qarşı müvafiq hüquqi addımların atılacağı gözlənilir.
//oxu.az








Son xəbərlər