Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!

09.10.2026 14:47 456
Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!
Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında azyaşlılara antibiotik iynəsi vurulduqdan sonra 12 uşaq səhhətində ciddi ağırlaşmaların yarandığı iddia edilir. Məlumata görə, uşaqlarda qıcolma, göyərmə və başqa yerlərdə əlamətlər müşahidə olunub. Antibiotiklərin uşaqlara tətbiqi, mümkün allergik reaksiyalar və dərmanların yan təsirləri ilə bağlı suallar yaralanıb.

Antibiotik iynəsi vurulduqdan sonra uşaqlarda qıcolma və göyərmə kimi əlamətlərin yaranmasına hansı səbəblər çıxara bilər ?

Bu barədə pediatr Arzu Şıxhəmzəyeva Median.Az-a açıqlamasında deyib ki, belə ağırlaşmaların səbəbi araşdırılmadan hadisəni yalnız antibiotiklə əlaqələndirmək düzgün deyil:

“Bunun üçün istifadə olunan preparatın adı, dozası, tətbiq üsulu, uşaqların ilkin diaqnozları, hadisənin iynədən nə qədər sonra baş verməsi və müşahidə edilən əlamətlərin xarakteri araşdırılmalıdır. Qıcolma və göyərmə kimi əlamətlərin bir neçə mümkün səbəbi ola bilər. Birinci ehtimal dərmana qarşı kəskin allergik reaksiyadır. Bəzi antibiotiklər, xüsusilə penisillin və sefalosporin qrupuna daxil olan preparatlar, nadir hallarda ağır allergik reaksiyaya səbəb ola bilər. Anafilaksiya adlanan bu vəziyyət zamanı uşağın tənəffüs yollarında daralma, nəfəs darlığı, qan təzyiqinin kəskin enməsi, qan dövranının pozulması və huşun itirilməsi baş verə bilər. Dodaqlarda və üzdə göyərmə orqanizmin kifayət qədər oksigen almadığını göstərə bilər. Belə reaksiyalar bəzən dəri səpgiləri, qaşınma və şişkinliklə müşayiət olunur. Lakin ağır allergik reaksiya zamanı dəri əlamətlərinin olmaması da mümkündür. Buna görə yalnız səpginin olub-olmamasına əsasən allergik reaksiyanı istisna etmək olmaz”.

Həkim əlavə edib ki, ikinci ehtimal dərmanın dozası və tətbiqi ilə bağlı problemlərdir:

“Uşaqlarda bir çox antibiotikin dozası bədən çəkisinə əsasən hesablanır. Dozanın düzgün hesablanmaması, dərmanın səhv hazırlanması, durulaşdırılması və ya tətbiq edilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Bəzi antibiotiklərin yüksək dozalarda və ya böyrək funksiyasının pozulduğu hallarda istifadəsi sinir sisteminə təsir göstərərək qıcolma riskini artıra bilər. Bununla belə, qıcolmanın yaranması avtomatik olaraq doza səhvinin baş verdiyini sübut etmir. Bunun müəyyən edilməsi üçün tibbi sənədlər, təyin edilmiş doza və faktiki tətbiq edilmiş miqdar ətraflı yoxlanılmalıdır. Üçüncü ehtimal preparatın saxlanması, hazırlanması və keyfiyyəti ilə bağlı problemlərdir. Dərman vasitəsinin yararlılıq müddəti, istehsalçı məlumatları, seriya nömrəsi, saxlanma temperaturu, qablaşdırmanın bütövlüyü və hazırlanma qaydaları araşdırılmalıdır. Eyni preparatdan istifadə edən bir neçə uşaqda oxşar reaksiyaların baş verməsi dərman vasitəsinin özünün, hazırlanma prosesinin və ya ümumi tətbiq şəraitinin yoxlanılmasını zəruri edə bilər”.

Aysel
скачать dle 11.3
Mojo.az Banner