Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA

09.10.2026 11:49 513
Borca görə həbs oluna bilərsiniz – AÇIQLAMA
Borc münasibətlərində tərəflər arasında bağlanan müqavilə və mediasiya sənədləri öhdəliklərin təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Borcun ödənildiyi iddia olunduğu halda qarşı tərəfin yenidən pul tələb etməsi və ya borclunu həbs olunacağı ilə hədələməsi isə hüquqi baxımdan bir sıra suallar yaradır. Borc tam ödənildiyi halda qarşı tərəfin yenidən pul tələb etməsi və şəxsi həbs olunacağı ilə hədələməsi hansı hallarda hüquqi məsuliyyət yarada bilər və vətəndaş belə vəziyyətdə öz hüquqlarını necə qoruya bilər?

Bununla bağlı hüquqşünas Əkrəm Həsənov Median.Az-a açıqlamasında deyib ki, borc məhkəmə qərarı ilə təsdiq olunubsa, yəni şəxsin banka və ya hər hansı digər şəxsə borclu olduğu müəyyən edilibsə və həmin şəxs üzrlü səbəb olmadan məhkəmə qərarını qəsdən icra etmirsə, bu halda məsuliyyət yarana bilər:

“Belə vəziyyətlərdə İnzibati Xətalar Məcəlləsinə əsasən bir ayadək inzibati həbs, yaxud Cinayət Məcəlləsinə əsasən üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Lakin burada əsas məqam şəxsin borcu ödəmək imkanının olub-olmamasıdır. Yəni şəxsin ödəmək imkanı olduğu halda borcu qəsdən ödəmədiyi və məhkəmə qərarını icra etməkdən yayındığı sübut edilməlidir. Əks halda, təkcə borcun mövcud olması şəxsin həbs edilməsi üçün əsas deyil. Digər vacib məqam isə iddia müddəti ilə bağlıdır. Tutaq ki, vətəndaşın banka və ya bank olmayan kredit təşkilatına borcu var. Bu halda həmin təşkilat qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməlidir. Əgər iddia müddəti ötürülübsə, kreditor bir neçə il sonra borcu tələb edərkən bu məsələ nəzərə alınmalıdır. İddia müddətinin keçməsi borcun avtomatik silinməsi demək deyil və məhkəmə tərəfindən müvafiq qaydada nəzərə alınmalıdır”.

O qeyd edib ki, vətəndaş borcunu ödəyibsə, ödənişi təsdiq edən sənədləri saxlaması vacibdir:

“İddia müddəti keçdikdən sonra belə, ödəniş sənədlərinin atılması sonradan mübahisə yaranarsa, sübut təqdim etmək imkanını çətinləşdirə bilər. Bəs vətəndaş borcunu ödədiyini deyir, lakin əlində qəbz və ya başqa təsdiqedici sənəd yoxdur? İddia müddəti də hələ bitməyibsə, bank borcun ödənilmədiyini əsas gətirərək ödəniş tələb edə bilər. Belə vəziyyətdə borcun həqiqətən ödənilib-ödənilmədiyi müvafiq sübutlar əsasında müəyyənləşdirilməlidir. Əsas məqam budur ki, borcun ödənilməməsi özlüyündə həbs üçün əsas deyil. Həbs məsələsi yalnız qanunvericilikdə nəzərdə tutulan şərtlər mövcud olduqda və müvafiq hüquqi prosedurlar çərçivəsində gündəmə gələ bilər”.

Ayselскачать dle 11.3
Mojo.az Banner