Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA

09.10.2026 14:32 480
Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA
Ötən gün Bakının Nərimanov rayonunda, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi zamanı biri azyaşlı olaraq iki piyada hücuma məruz qalıb. Hadisələrin piyadaların təhlükəsizliyinə görə məsuliyyəti və yol hərəkəti qaydalarına əsasən nəzarət edilən hüquqi məsuliyyət məsələlərini yenidən gündəmə gətirir.

Belə hadisələr zamanı sürücünün qanuni məsuliyyəti hansı səbəbdən yaranır və ya piyadanın vurulması təhlükəsi alan şəxslərin vəziyyətindən asılı olaraq sürücünü hansı cəzalar gözləyir?

Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Median.Az-a açıqlamasında deyib ki, piyadanın xəsarət alması və ya ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə müvafiq olaraq təhqiqat və ya istintaq orqanında müvafiq araşdırma başlanılır:

“İlkin olaraq “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol tərtib edilir. Araşdırma çərçivəsində həm sürücünün, həm də piyadanın yol hərəkəti qaydalarını pozub-pozmamaları, qayda pozuntusu varsa, bu pozuntunun hadisə ilə səbəb-nəticə əlaqəsi və sürücünün hadisənin qarşısını almaq imkanı olub-olmadığı müəyyənləşdirilməlidir. Buna görə də, hadisə yerində sxem çəkilir və müvafiq olaraq avtotexniki ekspertiza təyin edilir. Avtotexniki ekspertiza hadisənin sürücünün günahı üzündən baş verməsi, yəni sürücünün hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda bundan istifadə etmədiyi barədə rəy verərsə, sürücü piyadanın xəsarətinin ağırlıq dərəcəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilir. Əgər ekspert rəyində sürücünün günahı olmaması və sürücünün hadisənin qarşısını almaq imkanı olmadığı müəyyən edilərsə, bu halda, sürücü məsuliyyətdən azad edilməlidir”.
O qeyd edib ki, həmçinin piyadanın da yol-hərəkəti qaydalarını pozması müəyyən ediliərsə, o da müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməlidir:

“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin əməllərin sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma isə daha ağır cəzalara səbəb olur. Ölüm halı istisna olmaqla, xəsarət dərəcəsindən asılı olmaytaraq, hadisəni törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bundan başqa, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, yol nəqliyyat hadisəsi yerindən qaçma kimi əməllər də ayrıca məsuliyyətə səbəb olur”.
Ayselскачать dle 11.3
Mojo.az Banner