Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?
Bazarda yalnız bələdiyyə sənədi olan torpaq sahələri digər sənədləri tam olan torpaqlardan daha ucuz təklif olunur. Vətəndaş belə torpaq alarkən onun üzərində ev tikməyin və sonradan qaz, su, elektrik kimi kommunal xidmətlərə qoşulmağın mümkün olub-olmadığını əvvəlcədən necə müəyyənləşdirə bilər? Qiymətləndirici belə torpağın bazar dəyərini müəyyən edərkən tikinti və kommunal infrastrukturla bağlı məhdudiyyətləri nəzərə alırmı? Bəzən də vətəndaşlar icazə olmadığı halda, dolayı yolla kammunal xətləri, sayğacları təmin edir. Bu onlara gələcəkdə problem yarada bilərmi?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib:
"Bazarda bələdiyyə və digər təyinatlı torpaqlar daha ucuz təklif olunur. Hətta elə torpaq sahələri var ki, sənədsizdir. Vətəndaşlar torpaq alarkən onun üzərində ev tikməyə və sonradan qaz, su, elektrik xəttlərinin quraşdırılmasının mümkün olmadığını əvvəlcədən müəyyənləşdirmək üçün mütləq torpağın sənədinə baxmalıdırlar. Əgər Torpaq yaşayış təyin təyinatlıdırsa, deməli, onun üzərində yaşayış obyektinin tikilməsi mümkündür".
Sədr əlavə edib ki, bundan əlavə, müvafiq icra qurumu tikili ilə bağlı məlumatlandırılmalıdır. Müvafiq dövr ərzində həmin tikilinin həyata keçirilməsinə etirazın geridönüşü olmursa, tikintiyə başlamalı və qanuni hesab olunur. Çünki həmin torpaq yaşayış təyinatlı hesab olunur. Belə olan halda, həmin tikili üçün nəzərdə tutulmuş kommunal xətlərə qoşulmasında hər hansı bir qadağa da olmur.
Vüqar Oruc qeyd edib ki, bələdiyyə sənədinin olması da təbii ki, torpaqda ev tikintisinə və kommunal xidmətlərə qoşulmağa avtomatik zəmanət verən bir hal deyil. Torpağın kateqoriyası, təyinatı, tikinti imkanı, çıxarışın və rəsmiləşmənin mümkünlüyü yoxlanılmalıdır. Daha yaxşı olar ki, bu barədə konsaltinq xidmətinə, qiymətləndirmə və rieltor şirkətlərinə məsləhət xarakterli müraciət olunsun. Çünki vətəndaş bir çox hallarda özü bu istiqamətdə təcrübəyə malik olmadığından hüquqi yardıma ehtiyacı olur. Bu, təbii ki, torpağın statusu, təyinatı, kateqoriyası ilə bağlı məlumatın əldə edilməsi baxımından olduqca vacib məsələdir.
Qiymətləndiricinin birbaşa vəzifə borcunun torpağın gələcək istifadəsini nəzərə almaq olduğunu söyləyən sədr deyib:
"Əgər düz torpaq sahəsi mövcuddursa, hətta sənədləri də varsa, lakin istifadəsi mümkün deyilsə, məhdudiyyətləri varsa, sənədləşmə qanuni şəkildə həyata keçirilməyibsə, yaxud da üzərində yaşayış olduğu halda kənd təsərrüfatı torpağıdırsa, bu, onun dəyərinə ciddi təsir göstərir. Qiymətləndirici həmin torpaq sahəsinin qiymətləndirilməsindən əvvəl onun hüquqi sənədləri ilə tanış olmalıdır. İdentifikasiya xarakterli eyniləşdirilmə işi aparılmalıdır. Bundan sonra həmin torpaq sahəsinin gələcək inkişaf perspektivləri barədə normal şəkildə bazarda istifadə edilə bilər. Əgər məhdudiyyətlər olarsa, həmin məhdudiyyətlər nəzərə alınaraq qiymətləndirmə həyata keçirilməlidir.
Vətəndaşların dolayı yolla kommunal xətlərdən istifadə məsələsinə də toxunan Vüqar Oruc sonda bildirib:
"Hazırda 10 minlərlə vətəndaş məhz bu yolla - yəni qonşudan qoşularaq, qeyri-qanuni xətt vasitəsilə xidmətləri əldə edir. Bu cür hallar ilk növbədə belə fəaliyyət göstərən qurumların birbaşa öz vəzifə səlahiyyətlərini aşması nəticəsidir. Əslində qanuni şəkildə həmin qeyri-qanuni torpaqların üzərində tikilmiş obyektlərə, evlərə kommunal xidmətlərdən istifadə imkanları tanınmamalıdır. Bunu aradan qaldırmaq üçün 10 minlərlə evi sökməyə ehtiyac yoxdur. Sadəcə olaraq amnistiya vasitəsilə həmin torpaqların təyinatını dəyişib yaşayış təyinatlı etmək lazımdır".
Dəniz Pənahova
Median.Az
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib:
"Bazarda bələdiyyə və digər təyinatlı torpaqlar daha ucuz təklif olunur. Hətta elə torpaq sahələri var ki, sənədsizdir. Vətəndaşlar torpaq alarkən onun üzərində ev tikməyə və sonradan qaz, su, elektrik xəttlərinin quraşdırılmasının mümkün olmadığını əvvəlcədən müəyyənləşdirmək üçün mütləq torpağın sənədinə baxmalıdırlar. Əgər Torpaq yaşayış təyin təyinatlıdırsa, deməli, onun üzərində yaşayış obyektinin tikilməsi mümkündür".
Sədr əlavə edib ki, bundan əlavə, müvafiq icra qurumu tikili ilə bağlı məlumatlandırılmalıdır. Müvafiq dövr ərzində həmin tikilinin həyata keçirilməsinə etirazın geridönüşü olmursa, tikintiyə başlamalı və qanuni hesab olunur. Çünki həmin torpaq yaşayış təyinatlı hesab olunur. Belə olan halda, həmin tikili üçün nəzərdə tutulmuş kommunal xətlərə qoşulmasında hər hansı bir qadağa da olmur. Vüqar Oruc qeyd edib ki, bələdiyyə sənədinin olması da təbii ki, torpaqda ev tikintisinə və kommunal xidmətlərə qoşulmağa avtomatik zəmanət verən bir hal deyil. Torpağın kateqoriyası, təyinatı, tikinti imkanı, çıxarışın və rəsmiləşmənin mümkünlüyü yoxlanılmalıdır. Daha yaxşı olar ki, bu barədə konsaltinq xidmətinə, qiymətləndirmə və rieltor şirkətlərinə məsləhət xarakterli müraciət olunsun. Çünki vətəndaş bir çox hallarda özü bu istiqamətdə təcrübəyə malik olmadığından hüquqi yardıma ehtiyacı olur. Bu, təbii ki, torpağın statusu, təyinatı, kateqoriyası ilə bağlı məlumatın əldə edilməsi baxımından olduqca vacib məsələdir.
Qiymətləndiricinin birbaşa vəzifə borcunun torpağın gələcək istifadəsini nəzərə almaq olduğunu söyləyən sədr deyib:
"Əgər düz torpaq sahəsi mövcuddursa, hətta sənədləri də varsa, lakin istifadəsi mümkün deyilsə, məhdudiyyətləri varsa, sənədləşmə qanuni şəkildə həyata keçirilməyibsə, yaxud da üzərində yaşayış olduğu halda kənd təsərrüfatı torpağıdırsa, bu, onun dəyərinə ciddi təsir göstərir. Qiymətləndirici həmin torpaq sahəsinin qiymətləndirilməsindən əvvəl onun hüquqi sənədləri ilə tanış olmalıdır. İdentifikasiya xarakterli eyniləşdirilmə işi aparılmalıdır. Bundan sonra həmin torpaq sahəsinin gələcək inkişaf perspektivləri barədə normal şəkildə bazarda istifadə edilə bilər. Əgər məhdudiyyətlər olarsa, həmin məhdudiyyətlər nəzərə alınaraq qiymətləndirmə həyata keçirilməlidir.
Vətəndaşların dolayı yolla kommunal xətlərdən istifadə məsələsinə də toxunan Vüqar Oruc sonda bildirib:"Hazırda 10 minlərlə vətəndaş məhz bu yolla - yəni qonşudan qoşularaq, qeyri-qanuni xətt vasitəsilə xidmətləri əldə edir. Bu cür hallar ilk növbədə belə fəaliyyət göstərən qurumların birbaşa öz vəzifə səlahiyyətlərini aşması nəticəsidir. Əslində qanuni şəkildə həmin qeyri-qanuni torpaqların üzərində tikilmiş obyektlərə, evlərə kommunal xidmətlərdən istifadə imkanları tanınmamalıdır. Bunu aradan qaldırmaq üçün 10 minlərlə evi sökməyə ehtiyac yoxdur. Sadəcə olaraq amnistiya vasitəsilə həmin torpaqların təyinatını dəyişib yaşayış təyinatlı etmək lazımdır".
Dəniz Pənahova
Median.Az