Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:13 Rafiq Əliyevə məxsus binası dördüncü dəfə hərraca çıxarılır | 18:46 Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir? - Təsadüf, yoxsa üst-üstə düşən maraqlar? | 18:11 50 kq-dan çox narkotik maddə ilə tutulan şəxsə ağır cəza | 17:58 Apteklərdə müayinə aparan bəzi oftalmoloqlar cəzalandırılacaqlar | 17:37 300 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə ittiham aktı elan edildi | 17:29 Azərbaycanda kişi kanalizasiya quyusuna düşərək öldü | 17:14 İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satmaqda şübhəli bilinən şəxs saxlanılıb | 16:59 Su polisi brakonyerlik edən şəxsləri yaxaladı | 16:56 İlham Əliyev Donald Trampa təşəkkür etdi | 16:32 Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət | 16:23 Azərbaycanda bu il 300-dən çox pensiyaçı nikah bağlayıb - Rəsmi | 16:00 Bakıda sabiq məmur avtomobili sərxoş halda idarə edərkən saxlanıldı | 15:57 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzaladı | 15:54 Bakının iki böyük rayonunda su olmayacaq | 15:47 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı | 15:31 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi | 14:32 İlham Əliyev İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib | 14:30 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? | 14:28 Erməni əsirliyindən qaçan qazi vəfat etdi | 14:26 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi |
Mojo.az Avto
Mojo.az Avto

Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

05.01.2026 17:36 384
Bu il üçün müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı
Bu il müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri 2025-ci ilin proqnozu ilə müqayisədə 4 faiz çoxdur.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin 28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə 465,6 milyon manat və ya 4 faiz çoxdur.

Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8 milyard 717,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün 3 milyard 336,3 milyon manat ayrılacaq.

Son xəbərlər