Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin şirkəti Azərbaycanın bölgələrində peyk rabitəsi xidmətinə dəstək olacaq

18.09.2024 20:01 1 341
Çin şirkəti Azərbaycanın bölgələrində peyk rabitəsi xidmətinə dəstək olacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") müştərilərinə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstərəcək.

"Report" Agentliyə istinadən xəbər verir ki, bu xidmətlər “Azconnexus” peyk internet platforması və “StarWin” mobil peyk terminalları vasitəsilə təmin ediləcək.

Bununla bağlı "Azərkosmos"la Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti arasında müqavilə imzalanıb.

“StarWin” şirkətinin terminalları həm hərəkətdə ("Communication on the Move"), həm də stabil formada ("Communication on the Pause") peyk rabitəsini təmin edən avadanlıqlardır.

Sözügedən terminallar hərəkətdə olan nəqliyyat vasitələrində dayanıqlı və kəsintisiz peyk rabitəsini təmin etmək imkanı yaradır. Stasionar halda peyklə əlaqənin qurulması üçün nəzərdə tutulan terminallar isə sürətli quraşdırılan və sökülən avadanlıqlardır. Bu terminalların üstünlüyü fövqəladə hallar zamanı çevik yayım üçün çox əlverişlidir. Bir sözlə, ekstremal hava şəraiti və ya ucqar ərazidə bu terminallar vasitəsilə sabit rabitəni təmin etmək mümkündür.скачать dle 11.3
Mojo.az Banner