Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı

16.10.2026 16:33 696
Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı
Son dövrlər hərbi xidmətə çağırılan şəxslərin xarici görünüşü, xüsusilə də saqqal saxlayaraq hərbi xidmətə yollanmağın mümkün olub-olmaması maraq doğurur. Çağırışçıların hərbi xidmətə hansı xarici görünüş qaydaları ilə qəbul edilməsi və saqqal saxlamağa icazə verilib-verilməməsi müzakirə olunan məsələlərdəndir.

Bəs mövcud qaydalar bu məsələni necə tənzimləyir? Hərbi xidmətə çağırılan şəxslər saqqalla xidmətə yollana bilərlərmi?

Bu barədə Hərbi ekspert Üzeyir Cəfərov Median.Az-a açıqlamasında bildirib ki, saqqalla hərbi xidmətə getməyə icazə verilmir:

“Çağırışçılar xarici görünüşlərinə görə hərbi nizamnamənin tələblərinə cavab verməlidirlər. Onların saçları qısa, üzləri isə səliqəli olmalıdır. Hər bir hərbi qulluqçu həm geyiminə, həm də xarici görünüşünə diqqət yetirməlidir. Bəzi şəxslər bu məsələni xarici ölkələrin ordularında saqqal saxlayan hərbçilərin olması ilə əlaqələndirirlər. Azərbaycan hərbçisi öz xarici görünüşünə xüsusi diqqət yetirməlidir. Azərbaycan müharibədən çıxmış ölkədir. Əvvəllər üz nahiyəsində güllə yarası və ya digər səbəblərdən dərin çapıqları olan hərbçilərə həmin izləri örtmək məqsədilə saqqal saxlamağa icazə verilə bilərdi. Ancaq son dövrlərdə qanunvericilikdə bu məsələ ilə bağlı konkret müddəa ilə rastlaşmamışam”.

O qeyd edib ki, hərbi xidmətə çağırılan şəxslərin xarici görünüşü ilə bağlı müəyyən tələblər var:

“Hərbi qulluqçu həm davranışı, həm də görünüşü ilə başqalarına nümunə olmalıdır. Bu məsələyə komandirlər tərəfindən də nəzarət edilir. Azərbaycan Ordusunda saqqal saxlayan hərbçilərə rast gəlinmir. Üz nahiyəsində dərin çapıqları və ya müharibənin digər fəsadları olan şəxslərə isə istisna hallarda saqqal saxlamağa icazə verilə bilər. Bəziləri müharibədən sonra hərbi forma geyinərək saqqalla küçələrdə görünürlər. Lakin burada nəzərə almaq lazımdır ki, ehtiyatda olan şəxslər aktiv hərbi xidmətdə olan hərbi qulluqçularla eyni statusa malik deyillər. Bununla belə, onların da müəyyən məsuliyyətləri var və hərbi geyimdən istifadə edərkən müvafiq nizamnamələrin tələblərini nəzərə almaları vacibdir. Sıra və İntizam nizamnamələri hərbi qulluqçular üçün konkret tələblər müəyyən edir. Hər kəs bu qaydalara əməl etməlidir”.

Ayselскачать dle 11.3

Son xəbərlər