Mojo.az Banner
SON DƏQİQƏ
14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər (RƏSMİ)

24.08.2026 15:23 327
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər (RƏSMİ)
Xarici ölkənin vətəndaşlığını qəbul edən, lakin Azərbaycan vətəndaşlığına xitam verilməyən şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı əsas məqam açıqlanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələ ilə bağlı məlumat yayıb.

Qeyd olunan izah Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli tərəfindən təqdim edilib.

Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar:

"Beləliklə, xarici ölkənin pasportunu əldə etmək şəxsin Azərbaycan vətəndaşlığına avtomatik xitam verilməsi demək deyil. Azərbaycan vətəndaşlığı davam etdiyi müddətdə, qanunvericilikdə nəzərdə tutulan digər şərtlərə cavab verən çağırışçı hərbi xidmətə ümumi əsaslarla cəlb oluna bilər".

Z.Əsgərli qeyd edib ki, Azərbaycan vətəndaşlığından rəsmi şəkildə çıxma məsələsi ayrıca hüquqi prosedurla müəyyən edilir.скачать dle 11.3

Son xəbərlər