Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Təmir işləri ilə əlaqədar oktyabrın 17-də saat 6:00-dan etibarən Binəqədi şosesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.