Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi

16.10.2026 21:16 162
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinə məruzəsində Donetsk və Zaporojye vilayətlərində bir sıra mühüm məntəqələrin nəzarətə götürüldüyünü açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Putin Birgə Qoşunlar Qruplaşmasının köməkçi idarəetmə məntəqəsində keçirdiyi müşavirədə bəyan edilib.

Məlumata görə, "Cənub” qoşun qruplaşması Donetsk vilayətində yerləşən Alekseyevo-Drujkovka şəhərini, "Mərkəz” qruplaşması isə Ukrayna ordusunun Dnepropetrovsk istiqamətindəki əsas müdafiə qovşaqlarından biri olan Dobropolye şəhərini nəzarətə götürüb. Gerasimov hazırda Dobropolyedə gizlənən ukraynalı hərbçilərin təmizlənməsi əməliyyatının aparıldığını bildirib.

Bundan əlavə, Rusiya qoşunları Zaporojye vilayətində Novopavlovka və Novoandreyevka kəndlərini ələ keçirib, Belozerskoye şəhərinə daxil olaraq küçə döyüşləri aparır, həmçinin Orexov şəhəri istiqamətində hücumları davam etdirir. Gerasimov əlavə edib ki, Zaporojye, Sumı və Xarkov istiqamətlərində də irəliləyişlər ardıcıl şəkildə davam edir.

Öz növbəsində Vladimir Putin bildirib ki, ilin əvvəlindən bəri Rusiya hərbçiləri 6,5 min kvadratkilometr ərazini və 310 yaşayış məntəqəsini nəzarətə götürüblər. O, sentyabr ayı ərzində götürülən ərazinin əvvəlki ayla müqayisədə 2,5 dəfə çox olduğunu diqqətə çatdırıb.
//qafqaazinfoскачать dle 11.3

Son xəbərlər